çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ermənistan daxilində baş verənlər Qarabağ münaqişəsi gedişində yeni vəziyyət yaradır

Image


Ermənistan daxilində baş verən son proseslər bu ölkədə ictimai-siyasi müstəvidə gərginliyin artmasına rəvac verməklə yanaşı, həm də hakimiyyət uğrunda yeni bir savaşın başlanmaqda olduğunu göstərir. Hadisələrin gedişinin Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə təsir göstərməsi də qaçılmaz sayılır.

Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, “Qarabağ klanı” baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və bu məsələdə o, həm Qarabağdakı separatçi rejimdən, həm də müəyyən xarci qüvvələrdən, xüsusən də Rusiyadan istifadə etməyə çalışır. Bu fonda işğalçı ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş cinayətkar “Qarabağ klanı”nın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüf sayılmır. Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, faciəvi siyasi-iqtisadi vəziyyət fonunda “Qarabağ klanı” məqsədinə çatmağın daha da asan olduğunu düşünür. Üstəlik, rusiyalı oliqarxlardan girov qismində çatdırılan Ermənistan üçün misilsiz məbləğ sayılan 2 milyard dram həcmində yardım da onu göstərir ki, bu klana xaricdən dəstək də az deyil. Bu dəstək və Köçəryanın azadlığı üçün verilən pullar həm də onun təsdiqidir ki, Rusiya hərbi-siyasi isteblişmentində nüfuza malik erməni əsilli rusiyalı oliqarxlar hələ də Ermənistanda daxili siyasi proseslərə təsir etmək imkanına malik olduqlarını Paşinyana göstərmək qərarına gəliblər. Digər tərəfdən bəllidir ki, Nikol Paşinyan Ermənistanın ikinci prezidentini öz aktivlərini Rusiyadan Ermənistana, daha dəqiqi, baş nazirin sərəncamına keçirməyə məcbur etmək arzusundadır. Söhbət milyonlarla dollardan gedir və bu yolda sonuncu axıradək gedəcək. Bu durum isə Rusiyadakı erməni oliqarxlarını razı salmır. Belə bölüşdürmə əlləri Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisinin, həm də öz ermənilərinin qanına batmış sabiq səhra komandirini qane etmir. Çünki bu aktivlər Köçəryan üçün bir növ “təhlükəsizlik yastığı”dır. Axı, hər kəsə bəllidir ki, Robert Köçəryana “yardım əlini uzadan” rusiyalı oliqarxlar bunu ürəklərinin genişliyindən, yaxud onu hakimiyyətə qaytarmağı arzuladıqlarına görə etməyiblər. Buna səbəb Köçəryanın ödəmə qabiliyyətli olmasıdır. Bu fonda Köçəryan da Rusiyadakı aktivlərindən asanlıqla əl çəkməyi düşünmür. Bunun ən əsas yollarından biri isə Paşinyanın devrilməsi ilə onun yaratdığı təhdidin aradan qalxmasıdır. Rusiyanın erməni oliqarxlarının yuxarı təbəqələri də Köçəryanın Ermənistanda siyasi hakimiyyətə qayıtmasını arzulayır. Bu da Köçəryan üçün əlavə şanslar deməkdir.

Hazırda erməni əsilli Rusiya milyarderləri bu məsələdə Köçəryana hərətərəfli dəstək verməyə hazır olduqlarını gizlətmir. Onların sırasında Rusiyadakı erməni iş adamı, “Taşir” şirkətlər qrupunun başçısı Samvel Karapetyan da var. Məhz onun rəhbərliyi ilə Rusiyadakı erməni iş adamlarının Ermənistanda baş verənlərə diqqəti artıb. Ermənistanın keçmiş prezidentinin həbsdən azad edilməsi üçün ödənilən vəsaitin mühüm hissəsinin də məhz Karapetyan tərəfindən verildiyi bildirilir. O, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə də yardım edir. Yeri gəlmişkən qeyd edək ki, Köçəryan Qarabağdan da əsaslı dəstək almağı düşünür. Bu durumda Paşinyan Dağlıq Qarabağın əsas separatçısı, özünün “əlaltısı” oliqarx Araik Arutyunyanı “prezident” kreslosuna oturtmaqla çox nahaq hesab edir ki, “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırıb. Xüsusən də yada salsaq ki, Araik Arutyunyanla Serj Sarkisyan biznes ortaqlarıdır. Bu fakt isə onu göstərir ki, Sarkisyan, ən azı, separatçı qurumun hərbi-siyasi elitası arasında hələ də nüfuza malikdir və bu çox şey deməkdir. Bir tərəfdən də Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan erməni ictimaiyyəti arasında Nikol Paşinyan barəsində mənfi rəy yaratmaq məqsədilə onu fasiləsiz olaraq gözdən salır. Pandemiyanın yaratdığı problemlər də bu durumda Paşinyanın əleyhinə işləyir. Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bu xüsusda bildirir:“İndi iqtisadiyyatın vəziyyəti pisdir, gələcəkdə daha pis olacaq, çünki iqtisadi, sosial, siyasi baxımdan bütün göstəricilər bunu göstərir. Bu müddət ərzində hakimiyyət nə edir? Hakimiyyət müxalifləri susdurmaq üçün hər şey edir”.
O qeyd edib ki, Ermənistanda insanların həyatı getdikcə pisləşir, hakimiyyət isə müxaliflərlə məşğuldur:“Terrorla uzağa getməyəcəksiniz, bunun sonunun nə olduğunu görmüsünüz”. O qeyd edib ki, Ermənistan hakimiyyəti müxalifəti ən müxtəlif yollarla susdurmağa çalışır. Bu isə real durumda hakimiyyətdən narazılığın daha da artmasına rəvac verir. Belə vəziyyətdə müxalifət, xüsusən “Qarabağ klanı” hakimiyyətin virus qarşısında acizliyini daha çox ön plana çıxarır. Xatırladaq ki, Nikol Paşinyan COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun “indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Müxalifət və vətəndaş cəmiyyəti isə Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edir ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Paşinyan bunlara rəğmən bildirir ki, Ermənistan hökuməti pandemiyaya qarşı mübarizə ilə bağlı sərt tədbirlər görmək niyyətindədir. O, başqa alternativlərinin qalmadığını, pandemiyaya qarşı mübarizədə sərt tədbirlər həyata keçirməyin zəruri olduğunu deyib. Əlavə edib ki, bu çox ciddi və sərt tədbirlər paketidir. Paşinyan bildirib ki, Ermənistan əhalisi təhlükəsizliyin vacibliyini tam anlamır və qaydalara əməl etmir. Bu çox böyük problemlər yaradır. O, həmçinin qeyd edib ki, tətbiq olunan cərimələrin ödənilməsinə qoyulan müddət də azaldılacaq. Amma müxalifət bildirir ki, Paşinyan bu durumda qarşı düşərgədən yarana biləcək təhdidlərin neytrallaşdırılması üçün istifadə etməyə çalışır. Yenidən “Qarabağ klanı”nın yanına keçən, deputat toxunulmazlığından məhrum edilən “Çiçəklənən Ermənistan” partiyasının sədri,  milyonçu siyasətçi Qaqik Tsarukyan isə Paşinyanın bu addımlarının nəticəsiz qalacağını bildirir: “Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq. Ermənistanın baş naziri Nikol Paşinyan inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib. Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini və koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”. O, paşinyançıların inqilabının artıq sonunun gəldiyini də bildirib. Erməni mediası yazır ki, hazırda Tsarukyan yenidən Köçəryanın əsas adamları sırasında yer alır və onun rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Rusiya oliqarxlarına bağlıdır. Bu isə şimaldan dəstək alnaların Paşinyana qarşı daha sıx cəbhədə birləşməsini şərtləndirir. “168 jam” qəzeti isə yazır ki, Paşinyana qarşı birləşənlər baş naziri Qarabağ kartı ilə də sıxışdıracaq. Bu isə iki istiqamətdə özünü daha qabarıq büruzə verəcək. İlk növbədə Paşinyan Qarabağ danışıqlarında Ermənistan üçün xəyanətkar mövqe tutmaqda ittiham olunacaq ki, bu ssenaridən artıq müəyyən müddətdir istifadə olunur. Bu istənilən nəticəni verməyəcəyi təqdirdə işğal altındakı ərazilərin daha bir qisminə Azərbaycanın nəzarətinin təmini üçün gedişlər ediləcək və bu hal Ermənistan daxilində Paşinyandan narazılığı daha da çoxaldaraq “Qarabağ klanı”nın öz  məqsədinə çatmasına xidmət edəcək. Ümumiyyətlə, istər hakimiyyət, istərsə də əsas müxalif qüvvələr Qarabağ məsələsindən sırf öz məqsədləri üçün yararlanmağa çalışır. Ekspertlər hesab edir ki, bu vəziyyət münaqişənin gedişinə birbaşa təsir göstərə bilər. Digər tərəfdən onu da ayrıca qeyd etmək lazım gəlir ki, Paşinyan iqtidarının devrilməsində Rusiya da maraqlı tərəf kimi çıxış edir. Bu səbəbdən “Qarabağ  klanı”na  Moskvanın lazımi dəstək verəcəyi şübhə doğurmur. Erməni siyasi şərhçi Sarkis Artsruni də vurğulayır ki, Kreml Paşinyan iqtidarına mənfi münasibət bəsləyir və Moskvanın Paşinyanın sələfləri olan Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləməsi erməni baş nazir üçün heç də müsbət sonluq vəd etmir. Bu həm də o deməkdir ki, “Qarabağ  klanı”nın bu təmsilçilərinin Qarabağ münaqişəsi ətrafında gedişlərinə Moskva da göz yumacaq. Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Ermənistan daxilində cərəyan edən proseslər Qarabağ münaqişəsinin gedişinə də öz təsirini göstərəcək. Digər tərəfdən, hadisələrin gedişindən o da aydın görünür ki, Ermənistan daxilində baş verənlər bu ölkənin daha böyük sürətlə zəifləməsinə rəvac verir. Bu mənada hesab olunur ki, Ermənistanın Azərbaycana diplomatiya, hərbi müstəvidə də müqavimət göstərmək imkanları azalacaq. Yəni qarşıdakı dövr ərzində Azərbaycan düşmən ölkə üzərində üstünlüyünü daha da artıracaq imkanlar əldə edəcək. Aydındır ki, belə vəziyyət, öz növbəsində, Qarabağ konfliktinin həllinin daha da tezləşməsinə rəvac verəcək. Hər halda, hadisələr məhz qeyd edilən istiqamətdə cərəyan edir və bütün bunlar Ermənistanın özündə, eləcə də ərazilərini azad etməyə hazırlaşan Azərbaycanda yaxşı sezilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ