12/07/2020 01:30
728 x 90

Hərbçilərə dövlət dəstəyinin Azərbaycan modeli – sədaqətlə və qüsursuz xidmət etdinsə…

Tərlan Eyvazov: “Zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılması hərbçilərin sosial təminatının əsas növlərindən biridir”

img

Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olan düzgün sosial siyasət nəticəsində vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına çalışılır. Dövlət, həmçinin, hərbçilərə dəstək verməklə, onların maddi-məişət şəraitini yaxşılaşdırmaqla ordumuzun daha da güclü olmasını təmin edir.

26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələrimiz yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Danılmaz faktdır ki, bu gün dövlət tərəfindən hərbçilərə və onların ailələrinə xüsusi diqqət göstərilir.

Hərbi ekspert Tərlan Eyvazov bildirdi ki, zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılması hərbçilərin sosial təminatının əsas növlərindən biridir. Bunun da bariz nümunəsi son illər ərzində tikilərək hərbçilərin istismarına verilmiş hərbi şəhərciklərin sayının artmasıdır: “İstər həqiqi hərbi xidmətdə olan, istərsə də ehtiyata buraxılan hərbçilərimizin ən əsas problemi mənzil şəraitinin yaxşılaşdırılması məsələsidir. Bu sahədə də ilbəil addımlar atılır.

Ermənistanın Azərbaycan Respublikasına qarşı etdiyi təcavüz nəticəsində Azərbaycan Ordusunun böyük hissəsi məhz cəbhəyanı bölgələrdə dislokasiya olunub. Çünki ordumuzun əsas tapşırıqlarından biri ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və düşmən təxribatlarının qarşısının alınmasıdır. Təmas xəttində xidmət aparan hərbi qulluqçuların də məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif işlər görülür. Bunun nəticəsidir ki, son illərdə hərbi şəhərciklərin tikilməsi zabit, gizir və müddətdən artıq hərbi xidmət edən çavuşlarımız üçün mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Hərbi şəhərcikdən kənardakı yaşayış məntəqələrində kirayədə qalan hərbi qulluqçuların isə kirayə pulu dövlət hesabına ödənilir. Ailələrin işlə təmin olunması, sağlamlıq məsələsi və s. problemlərin həlli yolunda dövlət addımlar atır və ildən-ilə bu sahəyə artırılan qayğı özünü göstərir. Bu artım büdcə ayırmalarında da yüksələn xətlə gedir.

Düşünürəm ki, bu gün ən böyük problemimiz dövlətimizin ərazi bütövlüyünün bərpası məsələsidir. Azərbaycan Respublikasının iqtisadi potensialını nəzərə alaraq, əminəm ki, bu məsələnin həlli bütün digər məsələlərin kökündən həll edilməsinə imkan verəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər