“Biz, Mingəçevir şəhəri İncilli adlanan yaşayış massivinin sakinləri Sizə və Mehriban xanıma dərin təşəkkür edirik.
Uzun illərdən bəri yolumuzun yararsız vəziyyətdə olması bizə çox çətinliklər yaradırdı. Yayda toz-torpaqdan, payız və qış aylarında isə palçıq əlindən əziyyət çəkirdik. Özümüzün işə, uşaqlarımızın da məktəbə gedib-gəlməsində problem yaranırdı. Bir neçə gün əvvəl bu yolda təmir işlərinə başlanması sakinləri hədsiz sevindirib.
Eyni zamanda, qeyd etməyi özümüzə borc bilirik ki, Mingəçevirin sanki bir rəmzi olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının Sizin tapşırığınızla yenidənqurma işləri sayəsində bu günün standartlarına cavab verən bir müəssisəyə çevrildiyinin şahidiyik. Bir sözlə, şəhərimiz inkişaf edir, insanların güzəranı daha da yaxşılaşır”.
Bunları Prezident İlham Əliyevə müraciətlərində Mingəçevir şəhər sakinləri Quliyev Cəfər Almas oğlu, Rəsulov Sahib Abdulla oğlu, Mikayılov Həsən Nizami oğlu, Süleymanova Mehriban Sahib qızı, Alıyev Baloğlan Məstan oğlu və başqaları qeyd ediblər.
Müraciət müəllifləri stansiyada görülən işlərə, yollarının əsaslı təmir edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirir.
Baki-xeber.com