Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından Salayev Mirəziz Yəhya oğlu, Nuralıyev Elməddin Allahverdi oğlu, Adıgözəlov Azad Möhtəmən oğlu, Sadiqov Rasif Əzizxan oğlu Prezident İlham Əliyevə müraciət edib: “Pandemiya dövründə vətəndaşlara, eləcə də sahibkarlara və fermerlərə yaratdığınız şəraitə və verdiyiniz dəstəyə görə Sizə öz adımızdan, Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından minnətdarlığımızı bildiririk.
Kənd sakinləri olaraq, Sizin yürütdüyünüz siyasətin müsbət nəticələrini, qayğınızı və dəstəyinizi daim öz üzərimizdə hiss edirik. Dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və tələfat səviyyəsinin aşağı olması Sizin gərgin əməyinizin nəticəsidir. Kənd sakinləri bu çətin dövrdə yaradılmış şəraitdən bəhrələnərək əkib-becərdikləri kartofu həm daxili, həm də xarici bazarlara çıxara bilmişlər. Bu, bizim üçün çox şey deməkdir”.
Baki-xeber.com