Masallı rayonundan “Əməkdar həkim” adı verilmiş Cəlil Nəzərov öz məktubunda onu bu mükafata layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirir:
“Mənə “Əməkdar həkim” fəxri adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təkcə mənə yox, bütün Azərbaycan və Masallı səhiyyəsinə verilən qiymətdir. Söz verirəm ki, gələcəkdə də Azərbaycan xalqına və Sizə sədaqətlə xidmət edəcəyəm”.
Baki-xeber.com