“Pandemiya dövründə Sizin tibb işçilərinə göstərdiyiniz diqqət və qayğını hiss edirik. Məni 17 iyun - Tibb işçilərinin peşə bayramı münasıbətilə səhiyyə sahəsində xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif etmisiniz. Buna görə Sizə dərin hörmət və minnətdarlığımı bildirirəm. Uca Allah Sizi qorusun”.
Bunu Qəbələ şəhərindən Muştakov Şirin Ağaşirin oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com