“Siz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görmüsünüz. Respublikamızın müxtəlif şəhər və rayonlarında salınan yaşayış kompleksləri, müasir qəsəbələr, tikilən çoxmənzilli binalar bunun əyani sübutudur. Bu yaşayış komplekslərinin, qəsəbələrin açılış mərasimlərində Sizin şəxsən iştirak etməyiniz, yeni mənzillərə köçən insanlara xeyir-dua verməyiniz bizim üçün çox dəyərlidir.
Bizim ailə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədiyə pənah gətirib. O vaxtdan çətin şəraitdə yaşayırdıq. “Taxta körpü” adlanan ərazidə yeni salınmış 144 mənzilli qəsəbədə bizim ailəyə də hər bir şəraiti olan mənzil verilib”. Bu fikirlər Ağcabədi rayonunda məskunlaşmış Laçın rayonundan məcburi köçkün Alməmmədov Nüsrət Bayramqulu oğlunun Prezident İlham Əliyevə yazdığı məktubda öz əksini tapıb.
Məcburi köçkün qeyd edir ki, mənzillə təmin olunduqlarına görə ailəsi adından ölkə başçısına minnətdarlığını bildirir.
Baki-xeber.com