çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ordumuz zəfər yürüşünə tam hazırdır...

Image


Son illərdə ordusunu kifayət qədər gücləndirən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güc faktorundan istifadənin mümkünlüyü ilə bağlı indi Ermənistana daha çox xəbərdarlıq ünvanlamaqdadır. Elə işğalçı ölkədə də yaxşı bilirlər ki, güclü Azərbaycan ordusu düşmənini qısa müddətdə darmadağın etməyə tam hazırdır.

Faktdır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndikcə hərbi qüdrətimiz də bir o qədər artır, ordumuzun döyüş hazırlığı yüksəlir. Atılan addımlar nəticəsində yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, yüksək dəqiqliyə, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası ordumuzun silahlanmasına qəbul edilib. Şəxsi heyətin döyüş hazırlığı da kifayət qədər yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin əksər hissəsi yeni, müasir komplekslərdə, hərbi şəhərciklərə yerləşdirilib. Qısa müddətdə, xüsusən cəbhəboyu zonada onlarla hərbi şəhərcik tikilərək istifadəyə verilib. Elə son 5 gün ərzində daha bir neçə belə şəhərcik istifadəyə verilib. Amma ümumilikdə götürdükdə, Silahlı Qüvvələrin modernləşdirilməsi, demək olar ki, bütün vacib sahələri əhatə edir. Məsələn, müasir döyüş əməliyyatlarında aviasiyanın və artilleriyanın rolunu nəzərə alaraq, görülən işlər çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş vasitələrinin, idarəetmə sisteminin təkmilləşdirilərək yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində artıq bir çox işlər yerinə yetirilib və proses daim davam etdirilir. Quru qoşunları və digər qoşun növləri ilə bağlı vəziyyət də ölkəmizdə ən yüksək səviyyədədir. Bu durumda Azərbaycan Silahlı Qüvvələrinin düşmənə tuşlanan müasir, uzaqmənzilli, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik minlərlə raketinin bütün Ermənistan ərazisindəki hərbi və müdafiə əhəmiyyətli obyektləri, eləcə də strateji kommunikasiya sistemlərini məhv etməyə qadir olduğunu artıq qarşı tərəf də yaxşı bilir. Ümumiyyətlə, son illər ərzində əldə edilən silah-sursat, hərbi texnika Ermənistanla Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb.

O da həqiqətdir ki, ordunun gücü yalnız çoxsaylı silahlarla, hərbi texniki vasitələrlə ölçülmür. Ordumuzla bağlı daha bir üstünlük odur ki, şəxsi heyətin mənəvi-psixoloji səviyyəsi də çox yüksəkdir, ordumuzda xidmət edən hər bir əsgər və zabit yüksək vətənpərvərlik ruhuna malikdir. Indi tam əminliklə demək olar ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan ordusu Qarabağ uğrunda zəfər yürüşünə tam hazırdır. Bunu Azərbaycandan kənarda da daim xüsusi vurğulayırlar. Məsələn, milli münaqişələr üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bildirir ki, Azərbaycan ordusunun döyüş qabiliyyətinə görə Ermənistan hərbi birləşmələrindən qat-qat üstün olduğu göz qabağındadır. Onun sözlərinə görə, yalnız humanitar yardımlara bel bağlayan Ermənistandan fərqli olaraq, Azərbaycan hər cür silahlar almaq iqtidarındadır: “İstər təlim-tədris, istərsə də müasir silahlar idxalı sahəsində Azərbaycan Rusiya ilə səmərəli əməkdaşlıq edir. Bununla bağlı rəsmi İrəvanın bütün iradları və qorxuları əsassızdır. Rusiya olmasa belə, başqa ölkələr də Azərbaycana silah satar, çünki ödəniş yerindəcə həll olunur. Ermənistan tərəfi isə yalnız humanitar yardımlara bel bağlaya bilər, yeganə səmərəli müdafiə amili isə Gümrüdəki Rusiyanın hərbi bazasıdır. Özü də Rusiya ordusu separatçı regionu yox, məhz Ermənistanın özünü qoruyacaq ki, bu da Paşinyan rejimini bərk narahat edir”. O, həmçinin, Ermənistanın təxribatçı addımları ilə Azərbaycanı cavab tədbirlərinə təhrik edə biləcəyini istisna etməyib:“Paşinyan rejiminin danışıqlar aparmaq iqtidarında olmaması göz qabağındadır. İşğal olunmuş ərazilərin qaytarılmasına dair daha əvvəl əldə olunmuş razılaşmalar qəsdən pozulur. Hətta Ermənistanın təhlükəsizliyinə zamin olan Rusiya belə artıq İrəvanın atdığı addımlardan əsəbiləşdiyini gizlətməyə lüzum görmür”. Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua da eyni mövqeni bölüşür. O, Azərbaycan ordusunun regionun ən güclü ordularından birinə çevrilərək, işğal olunmuş əraziləri istənilən vaxt azad etmək iqtidarında olduğunu vurğulayır. Azərbaycan ordusunun 2016-cı ilin aprel qələbəsi və 2018-ci ildə keçirilmiş uğurlu Naxçıvan əməliyyatı da bunun təsdiqidir.

Belə vəziyyətdə Rusiyanın “Arqumentı nedeli” nəşri də yazır ki, Azərbaycan Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırdır:“Qafqazda böyük müharibə başlaya bilər. Azərbaycan və Ermənistan arasında münaqişə, demək olar ki, 30 ildir davam edir. Bu münaqişə yenidən alışmağa və tammiqyaslı müharibəyə çevrilməyə hazırdır. Hələlik regionda şərti barışığa riayət olunur, informasiya sakitliyi müşahidə olunur. Dağlıq Qarabağ məsələsi xəbərlərdə əsas gündəm olmur. Buna görə də çoxları artıq hər şeyin çoxdan bitdiyini düşünür, əslində isə Dağlıq Qarabağda müharibə davam edir”.
“Arqumentı nedeli” münaqişə ətrafında baş verənlər və gözləntilərlə bağlı “Dağlıq Qarabağda müharibənin hüquqi tərəfi” elmi işinin müəllifi Sədat Quliyevin fikirlərini öyrənib. Münaqişənin tarixi, Ermənistanın Azərbaycan torpaqlarının işğalına necə nail olduğu haqda danışan S.Quliyev hesab edir ki, hazırda mövcud vəziyyət pisləşməyə doğru gedir, xüsusilə 2018-ci ildən sonra:
“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini, hərçənd, Qarabağa muxtariyyət də verməyə hazır idi. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Bakının mövqeyi dəyişməyib, dəyişən İrəvanın möveyidir. 2018-ci ilə qədər Ermənistan prezidentləri istəyirdilər ki, Azərbaycan yalnız Dağlıq Qarabağın müstəqilliyini tanısın, qalan yeddi rayon isə Azərbaycana qaytarılmalıdır, çünki bu ərazilər Azərbaycanındır. İndi Ermənistan ümumiyyətlə ərazilərin qaytarılmasını müzakirə etmək istəmir. Azərbaycanın mövqeyi dəyişməyib. Ermənistan 2018-ci ilə qədər anlayırdı ki, işğal edilmiş rayonları qaytarmalıdırlar. 2018-ci ildə Ermənistanda baş nazir əsas səlahiyyətli şəxsə çevriləndən, idarəçilik sistemi dəyişəndən sonra İrəvanın Qarabağı da, ətraf rayonları da qatarmaq istəmədiyi fikri önə sürüldü. İndi ermənilər bu ərazilərdə fəal şəkildə məskunlaşırlar. Əgər müharibəyə qədər orada 145 min erməni yaşayırdısa, indi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın bütün ərazisində 150 mindən çox erməni yaşayır”. S.Quliyev qeyd edir ki, Suriyadan, Liviyadan 150 min erməni Qarabağa köçürülüb:“Deyəsən, hər şey böyük müharibəyə doğru gedir. Hələ ki, böyük güclər münaqişənin eskalasiyasına imkan vermir, amma yara qanayır, 2016-cı ildə olduğu kimi böyük eskalasiya gec-tez olacaq”. Elə rusiyalı şərhçi Mixail Simonov da  bu amilə diqqət çəkərək, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinin savaşla ola biləcəyini istisna etmir:
“Qarabağ cəbhəsində heç vaxt atəşkəs tam baş tutmayıb, hətta koronavirus pandemiyası belə bunu dayandıra bilmədi. Müntəzəm olaraq atəşkəsin pozulması və tərəflərin bir-birinə qarşı ittihamları haqqında xəbərləri eşidirik. Pandemiya Azərbaycan və Ermənistanın mayın ikinci yarısında hərbi təlimlərə başlamasına da mane ola bilmədi. Regionda vəziyyətin ciddiliyi hərbi ekspertlər tərəfindən dəfələrlə dilə gətirilib. Bu günlərdə nüfuzlu “Forbes” nəşri Azərbaycan və Ermənistanın casusluq və zərbələr üçün pilotsuz təyyarələrlə silahlandığı haqda yazırdı. Nəşr qeyd edir ki, “Qafqazda pilotsuz təyyarələrin müharibəsi ola bilər”. Əfsus ki, münaqişə bölgəni təhlükə altına atır”.  Simonov hesab edir ki, Moskvadakı parad Azərbaycan və Ermənistanın sülhə nail ola biləcəyini göstərdi:“ATƏT-in Minsk Qrupunun fəaliyyəti sülh razılaşması haqda kədərli mənzərə yaratsa da, Rusiyanın birləşdirici rolu münaqişənin ədalətli həllinə hələ də ümidlərin olduğunu deməyə əsas verir. Amma bu olmasa, Azərbaycan güc yolu ilə ərazi bütövlüyü məsələsini həll etməyə tam hazırdır və bunu Ermənistanda da yaxşı bilirlər”.

Bu durumda Ermənistanda ordu ilə bağlı problemlərin miqyasının böyüməsi də aydın müşahidə olunur. Məsələn, məlumdur ki, Ermənistan ordusu ildən-ilə daha ciddi şəkildə çağırışçı problemi ilə üzləşir və hərbi hissələrin komplektləşdirilməsi mümkünsüz xarakter alır. Əsas səbəblərdən biri isə Ermənistanda demoqrafik problemin getdikcə daha da dərinləşməsidir. Hazırda Ermənistanda şəxsi heyətlə tam şəkildə komplektləşdirilə bilən hansısa hərbi hissə yoxdur. Əksinə, ordunun şəxsi heyətlə təminatı durmadan pisləşir, real hərbçilərin sayı azalır. Bu durumda fərari əsgər sayına görə də Ermənistan ordusu ön sıralardadır. Ekspertlərin fikrincə, acınacaqlı vəziyyətdə qulluq etmək istəməyən əsgərlər hərbi hissələri tərk edir. Məcburi hərbi xidmətdən yayınmaya görə müxtəlif illərdə minlərlə əsgərə cinayət işinin açılması da bunun təsdiqidir. Amma bu da istənilən nəticəni vermir. Artan hərbi itkilər də burada az rol oynamır. Ümumilikdə son illərdə Ermənistan ordusu cəbhə xəttində, döyüş şəraitində hər il orta hesabla 60-80 arası hərbi qulluqçusunu itirir. Bundan əlavə, hər il 100-dən çox əsgər digər hadisələrdən, məsələn, avtoqəza, silahla ehtiyatsız davranış, xəstəliklər, intihar və digər hallardan dünyasını dəyişir. Silah və digər təminat sarıdan da ordu acınacaqlı durumdadır. Belə vəziyyətdə ordumuz qısa müddətdə düşməni tam darmadağın etməyə hazırdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ