Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub. Dövlət başçısına görülən işlər barədə məlumat verilib.
Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib. Dövlət başçısı tədbirlərdə iştirak edib.