çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan çap mediasının yeni maliyyələşmə mərhələsi başladı - pozitiv gücə malik yeniliklər var, baş redaktorların proqnozları…

Image


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan olunub. Çap mediasına maliyyə yardımı göstərilməsi ilə bağlı müsabiqənin şərtlərində bəzi dəyişikliklər edilib. KİVDF-nin elan etdiyi müsabiqənin yeni şərtləri bu istiqamətdə yeni mərhələnin başlanmasının təzahürüdür.

KİVDF-dən maliyyə yardımı alan qəzetlərin baş redaktorları ilə əlaqə saxlayıb, yeni şərtlərlə bağlı onların dəyərləndirmələrini öyrəndik.

  • Elçin Mirzəbəyli: “Yeni qaydalara olduqca müsbət yanaşıram və bu prosesin davam etməsini gözləyirəm”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, KİVDF-nin çap mediasına maliyyə yardımının ayrılması ilə bağlı müəyyən etdiyi yeni qaydaları müsbət qiymətləndirir. “Düşünürəm ki, yeni qaydalar qəzetçiliklə məşğul olmağı qarşısına hədəf qoyan və yaradıcılığı yüksək qiymətləndirən bütün insanların maraqlarına uyğundur və reallığı tamamilə əks etdirir. Bu həm də kateqoriya anlayışının sıradan çıxarılmasında özünü nümayiş etdirir. Çünki cəmiyyətdə insanlar arasında kateqoriya anlayışı olmadığı kimi, kütləvi informasiya vasitələri arasında da kateqoriya anlayışı olmamalıdır. Bizim ölkəmizdə bütün vətəndaşlar və KİV birinci dərəcəli vətəndaşlar və KİV-dir.

Başqa bir mühüm faktor ondan ibarətdir ki, tirajla bağlı real bir rəqəm müəyyənləşdirilib və bu, çap mediasını gündəlik xərclərinin bir hissəsindən azad edəcək, imkan verəcək ki, həmin resurslar qəzetin müəyyən səhifələrinin rəngli çıxmasına şərait yaratsın. Bu da Azərbaycan mətbuatının əhəmiyyətli hissəsini ağ-qara görüntüdən nəhayət ki xilas edəcək və təbii, poliqrafiya prosesinin özünü də stimullaşdıracaq. Çünki bunlar bir-birilə asılı olan məqamlardır. Qəzetçilik inkişaf etdikcə, poliqrafiya da onunla parelel olaraq inkişaf edəcək. Təbii ki, bu artıq yeni dizayn formalarının ortaya çıxmasına zəmin yaradacaq. Bu aspektdən də bunu olduqca əhəmiyyətli bir qərar kimi qiymətləndirirəm.

Növbəti önəmli bir məqam isə müsabiqəyə tələb olunan sənədlər veriləndə istiqamətlər üzrə qəzet redaksiyasında müxbirlər tərəfindən hazırlanmış müvafiq yazıların verilməsidir. Bu, əslində, yaradıcı prosesin özünü stimullaşdıran bir amildir. Yəni, faktiki olaraq, prosesi formalizmdən çıxaracaq və real yaradıcı məcraya gətirib çıxaracaq. Qənaətimə görə, bu aspektdən, sadəcə olaraq, qaydaların texniki prosesində istifadə olunan bir mexanizm deyil, bu, bütövlükdə, dövlət sifarişi əsasında konkret həyata keçirilən ayrı-ayrı istiqamətlər üzrə layihələrin real mahiyyət almasına xidmət edən bir addımdır. Bu da qəzetlərdə keyfiyyət göstəricilərinin yüksəlməsinə imkan yaradacaq. Düşünürəm ki, bu prosesdə artıq təkcə qəzet rəhbərliyinin deyil, eyni zamanda, jurnalistlərin də önəmi önə çəkiləcək. Yəni indiki şəraitdə layihənin qalib gəlməsi həm də o qəzetdə yazıları yazan jurnalistlərdən asılıdır. Bu çox önəmli bir faktordur. Çünki baş redaktorlar, əlbəttə ki, qəzetin idarə olunması məsələsində önəmli rola malik olsalar da, amma qəzet, ümumiyyətlə, media deyəndə ilk ağla gələn məhz jurnalist olur və biz hamımız, o cümlədən də baş redaktorlar jurnalistin də, bu peşənin də keyfiyyət göstəricilərinin yüksəlməsi üçün birinci növbədə məsuliyyət daşıyırıq. Bunu da yüksək dəyərləndirirəm. Eyni zamanda, gündəlik çıxmaq niyyətində olan qəzetlərə üç, günaşırı çıxanlara isə iki istiqamət üzrə yazılar hazırlanmasına imkan verilməsi müsbət amildir”.

O qeyd etdi ki, bu iki istiqamət qəzetin layihə ilə bağlı iki fərqli istiqamətlərə köklənməsinə imkan yaradacaq və iki fəqrli istiqamətdə peşəkarlığın artmasına, araşdırmaların aparılmasına şərait yaradacaq, bu da kifayət qədər müsbət amildir.

E.Mirzəbəylinin sözlərinə görə, digər eyni yazıların təkrar-təkrar eyni istiqamətlər üzrə getməsi bir durğunluq yaradırdı, müəyyən bir zaman kəsiyindən sonra keyfiyyət göstəriciləri aşağı düşürdü. “Təəssüflər olsun ki, bəzən də xalturaya çevrilirdi. Amma indiki şəraitdə manevr etmək üçün daha geniş imkanlar var. Bütövlükdə, yeni qaydalara olduqca müsbət yanaşıram və bu prosesin davam etməsini gözləyirəm. Ümid edirəm ki, həyata keçirilən bu islahatlar nəticəsində Azərbaycanın çap mətbuatı arzu etdiyimiz simasını, görkəmini alacaq” - deyə E.Mirzəbəyli qeyd etdi. 

  • Bəhruz Quliyev: “Fondun bu yeni qaydaları çap mediasına bir stimuldur”

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin fikrincə, KİVDF yeni bir mərhələyə qədəm qoyub: “Deyərdim ki, Azərbaycanda gedən islahat siyasəti nəticəsində strukturlarda yenilik, kreativ baxış, müasir düşüncənin ortaya qoyduğu potensial, eyni zamanda, idarəçilikdə sadələşdirilmiş çevik mexanizmin tətbiq olunması müşahidə edilir. Bütün sahələrdə gedən dəyişikliklər, islahatlar KİVDF-yə də sirayət edir. Fondun yeni rəhbərliyinin təhlili və tövsiyəsi ilə hazırlanmış yeni qaydalar həm qəzetlərə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müsabiqənin şərtlərinin əvvəlki qaydalardan fərqli olaraq sadələşdirilməsi, eyni zamanda da fərdi jurnalist yazılarının da qiymətləndirilməsi, mükafatlandırılması istiqamətindəki yeniliklər irəliyə doğru atılmış addım kimi dəyərləndirilə bilər. Nə üçün? Dəyişikliklər nəyin üzərində oldu? Bu detallara vardıqda, bir məqamı deyim. Əvvəllər gündəlik, günaşırı və həftəlik qəzetlər arasında tiraj məsələsi vardı. Yəni 2500-3000 tirajı, abunəsi və 2000-2500 satışı olan qəzetlər 20 min manata iddialı idisə, indi bu sadələşdirildi. Yaxud əvvəllər bir qəzet azı üç il nəşr olunmalı idi ki,   maliyyə yardımı almaq üçün müsabiqəyə sənəd versin. İndi artıq bunların hamısı sadələşdirilib. Qəzet nüsxələrinin sayı 2000-nə, 1500-ə endirildi. İndi üç il deyil, bir il ərzində müntəzəm nəşr olunan və 2000 birdəfəlik tirajı, 1500 abunə və satışı olan qəzetlər müsabiqədə iştirak edə bilərlər. Hesab edirəm ki, Fondun bu yeni qaydaları çap mediasına bir stimuldur. Qiymətləndirmə məsələsində də, yazının məzmunu, mövzunu əhatə edən müvafiq sahələrə uyğun da yeni meyarlar müəyyənləşib. Yəni müsabiqəyə təqdim edilən yazılar nəyə əsasən  qiymətləndiriləcək? Bunların hər birində yeniliklər, dəyişikliklər, islahatlar özünü göstərir və bu yalnız pozitiv istiqamətdə görülən işləri şərtləndirir. Belə düşünürəm ki, Fondun indiki yanaşması müasir dövrün tələbləri ilə uyğunlaşır. Bu, gələcəkdə başqa yeni qaydaların tətbiq olunması, yeni ideyaların ortaya çıxması üçün çap və elektron mediaya yardımın daha modern formasını tapmaq üçün atılan birinci addımdır. Bilirsiniz ki, videokonfrans keçirildi və mən də Fondun Müşahidə Şurasının üzvüyəm. Videoiclasda da Fondun icraçı direktoru qeyd etdi ki, bu, növbəti addımlar üçün startdır, daha modern üsullar, daha müsbət yeniliklər KİVDF vasitəsilə həyata keçiriləcək. Bunların hər biri də yazılı mətbuatın daha çevik və dinamik inkişafına, yaşamasına doğru atılmış addımlardır. Eyni zamanda, elektron mətbuatın da gələcəkdə hər hansı bir formadasa maliyyələşməsinə bir işarədir. Hesab edirəm ki, əsas odur istək var, yenilikləri həyata keçirmək üçün həm hüquqi, həm də kreativ baza, potensial var. Bu yeniliklərin üzərində təhlillər apararaq, onun üzərində qərarlar vermək lazımdır. Bu yeniliklər yalnız mətbuatın yenilənməsinə, inkişafına, mətbuatın gələcəkdə daha geniş miqyasda oxucu auditoriyası əhatə etməsinə xidmət edir. Bu, rəqabət aparması üçün çap mediasına verilmiş yeni meydandır. Düşünürəm ki, hər bir qəzet öz ətrafında geniş oxucu auditoriyası toplayıbsa və o sevilərək oxunursa, yenə də oxucular o qəzetə abunə olacaqlar, alacaqlar. Qəzet daha da inkişaf edəcək. Qoyulan yeni şərtlər və tələblər, yeni qaydalar isə hər bir yazılı mətbuat üçün yeni bir mərhələnin başlanğıcıdır” - deyə B.Quliyev qeyd etdi.  

  • Şakir Ağayev: “Qaydalara edilən yeni dəyişikliklər məni tam qane edir”

“Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin sözlərinə görə, yeni qaydalar müsbət dəyişikliklərə səbəb olacaq. “İki gün əvvəl Fond qəzetlərin maliyyə yardımı alması üçün yeni layihələrin təqdim edilməsi üçün vaxtı müəyyən edib. Eyni zamanda da bu istiqamətdə yeni şərtləri elan etdi. Təbii ki, bu gözlənilən idi. Hesab edirəm ki, bundan sonra başqa dəyişikliklər də olacaq. Qaydalara edilən yeni dəyişikliklər məni tam qane edir və qəzetlər artıq 1-ci, 2-ci kateqoriyaya bölünmürlər. Fondun qoyduğu şərtlərə hansı qəzetlər uyğun gələcəksə, həmin qəzetlər 20 min manat alacaq. Şərt qoyulub ki, 20 min manat yardım almaq istəyən qəzet müsabiqəyə üç, 10 min almaq istəyənlər iki, 5 min manat almaq istəyənlər isə 1 yazı verməlidirlər. Bu ondan irəli gəlir ki, 20 min manat almağa iddia edənlər gündəlik çıxmalıdırlar. Biz “Novoe vremya” qəzeti olaraq 20 ildir gündəlik çıxmışıq. Baxmayaraq ki, keçən dövrdə qəzetlər kateqoriyaya bölünərkən bizim qəzeti ikinci kateqoriyaya salmışdılar. Amma buna baxmayaraq, biz gündəlik nəşrimizi davam etdiririk, davam etdirəcəyik də. Ona görə də Fondun yeni müsabiqəsində gündəlik qəzet kimi iştirak etməyə iddialıyıq. Şərtlər tam kreativ, məqbul və məni təmin edən şərtlərdir. Sənəd növləri bir az azalıb, fikrimcə, getdikcə yenə də azalacaq. Eyni zamanda, qəzetin imkanları nəzərə alınıb. Tirajların azalmasına gəlincə, bu da məqbul şərtdir. Real Azərbaycan oxucusunun tələbinə, satış bazarına uyğun tiraj müəyyən edilib - 2000 tiraj, 1500 abunə. Bu, qəzetlərə xeyli kömək edəcək. Qəzetlərə ayrılan pullar əlavə tirajlara verilib əlavə xərc yaratmasın. Yeni rəhbərliyin qoyduğu tiraj sayı qəbulediləndir, Azərbaycan bazarına uyğundur. Çünki əlavə tirajlara verilən pullar qəzetlərin əlavə xərclərinə yönəldilə bilər. Bununla qəzetin əlavə texniki imkanlarını genişləndirmək olar. Ona görə də çox təqdirəlayiqdir”.

Ş.Ağayev qeyd etdi ki, yeniliklərdən biri də qəzetlərə sərbəst mövzu seçiminin verilməsi ilə bağlıdır, bu da təqdirəlayiq haldır. “Hansı mövzunu seçmək istəyirsə, qəzet rəhbərliyi layihə ilə əlaqədar jurnalistlərlə məsləhətləşir və jurnalistlərin rəyi nəzərə alınmaqla mövzular seçilir və müsabiqəyə təqdim edilir. Hesab edirəm ki, bu yeni dəyişikliklər getdikcə daha yaxşı nəticələr verəcək və qəzetlərin inkişafında əhəmiyyətli rol oynayacaq. Bir də yenilik ondan ibarətdir ki, bir il ərzində dövriyyəliyi gündəlik, həftədə üç dəfə və həftəlik çıxan bütün qəzetlər müsabiqədə iştirak edə bilər. Yəni bu müsabiqəyə indiyə qədər KİVDF-dən maliyyə almayan qəzetlər də qatıla bilər. Bu da təqdirəlayiq haldır. Hansı qəzet Azərbaycan ictimai-siyasi rəyinə təsir göstərirsə, maliyyələşəcək və bu da qəzet bazarında sağlam rəqabətin yaranmasına səbəb olacaq” - deyə Ş.Ağayev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ