“Bütün dünyada geniş yayılmış və dövlətlərin olduqca çətin vəziyyətə düşdüyü koronavirus pandemiyası dövründə Sizin rəhbərliyiniz altında ölkəmizdə çox ciddi tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza dövlət tərəfindən göstərilən maddi dəstək, səhiyyə işçilərinin əməkhaqlarının artırılması, yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, xəstəxanalarda müalicəyə cəlb olunmuş xəstələrə göstərilən hərtərəfli qayğı, infeksiyanın yayılma sürətinin azaldılması üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və bir sıra rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi digər dövlətlərlə müqayisədə infeksiyadan daha az itki ilə çıxmağımıza böyük kömək göstərir. Bütün bunları görərək, Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.
Mən fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var və bir vətəndaş olaraq olduqca rahatam ki, xalqımızın üzləşdiyi bu çətin günlərdə də çıxış yolu tapıb xalqımızı öz arxanızca aparacaqsınız. Xalqımızın sağlam gələcəyi naminə həyata keçirdiyiniz bütün tədbirlərə görə ailəmin adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya çox-çox minnətdarlıq edirəm”.
Bunları Şirvan şəhərindən Azayeva Gülnarə Vilayət qızı Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Baki-xeber.com