Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Həmidov Vaqif Arif oğlu, Alışov İlham Alış oğlu, Paşalı Coşqun Valeh oğlu və Seyidov Kənan Kərimağa oğlu da Prezident İlham Əliyevə məktub yazıblar.
”Siz mürəkkəb vəziyyətdə möhkəm iradə nümayiş etdirməklə bir daha sübut etdiniz ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. İlk olaraq onu bildirmək istəyirik ki, hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur. Cəmiyyətimiz bir daha yüksək keyfiyyət ifadə edərək göstərdi ki, xalqımızla Prezidentimiz birdir. Vətəndaş olmaq öz məsuliyyətinin fərqində olmaq deməkdir. Hər zaman üzləşdiyimiz qlobal problemlərdən Siz Azərbaycanı üzüağ çıxarmısınız. Bu çətin günlərdə qəbul etdiyiniz qərarlara, özəl sektora verdiyiniz dəstəyə görə hər bir vətəndaş Sizinlə qürur duyur. Vaxtında təxirəsalınmaz tədbirlər gördüyünüzə görə sağlam şəkildə ailələrimizin yanındayıq. İnşallah, Sizin uzaqgörən siyasətiniz, müdrikliyiniz sayəsində COVID-19 deyilən bu bəladan xilas olacağıq.
Bir məsələni də xüsusi qeyd etmək istəyirik. Bu yaxınlarda üzləşdiyimiz çətinliyin aradan qaldırılması ilə əlaqədar Sizə ünvanladığımız müraciətimiz müsbət həllini tapdı. Bu da biz vətəndaşlara olan diqqətin bir nümunəsidir” - deyə müraciət müəllifləri qeyd edirlər.
Baki-xeber.com