“Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiqi xalqımız və iqtisadiyyatımız üçün sınaq dövrü oldu. Belə bir çətin vəziyyətdə Siz, hər zaman olduğu kimi, yenə də sahibkarlara və fermerlərə dəstək verərək, onların yanında oldunuz. İstehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə də kartofun Rusiya bazarlarına daşınmasında və satılmasında kəndlərimizin fermerlərinə böyük kömək göstərildi. Sizin sayənizdə xaricə çıxışımız təmin olundu, bu işdə heç bir çətinliyimiz yaranmadı. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Qoy, həmişə Siz və ailəniz biz vətəndaşların qarantı olaraq daim öndə və yüksəklərdə olasınız”.
Bu sözləri Cəlilabad rayonunun Qarazəncir və Maşlıq kənd sakinləri adından Ağayev Rövşən Rafiq oğlu, Məmmədov Vüsal Vaqif oğlu, Məmmədov Əhmədağa Astan oğlu, Abbasov Emil Ağaqardaş oğlu, Mehtiyev Calal Sahib oğlu və Babayev Habil Babaş oğlu Prezident İlham Əliyevə etdikləri müraciətdə qeyd ediblər.
Baki-xeber.com