çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə zamanadək ərköyünləşdirəcək?”

Image


“İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da, bu və ya digər dövlətlərin, beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən, 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. 30 ildən artıqdır ki, münaqişə ədalətli həllini gözləyir, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcud olsa da nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr hələ kağız üzərində qalmaqdadır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq  və onların iştirakı ilə  əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz.

Baş redaktor bildirib ki, işğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır:"Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır. Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq  siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə «diqqətsizlik» nümayiş etdirir? Bu «diqqətsizliklərin» fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir. Ona görə «Freedom House», «Amnesty İnternasional» kimi beynəlxalq hüquq müdafiə təşkilatları işğalçı Ermənistanı «azad», Azərbaycan kimi demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən dövləti «qeyri-azad» ölkələr sırasında qeyd edir. Ən böyük ədalətsizlik isə Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi təqdim edilməsidir”.

V.Rəhimzadə ölkəmizdə vətəndaşların bütün azadlıqlarının təmin edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, demokratik cəmiyyətin vacib elementlərindən biri kimi sivil mübarizənin əsas tərkib hissəsi küçə yürüşlərinin, mitinqlərin, kütləvi aksiyaların keçirilməsidir: «Azərbaycanda bu sahədə təkmil qanunvericilik mövcuddur. “Sərbəst toplaşma haqqında” Qanun zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Azərbaycanda yaradılan bu şəraitə baxmayaraq, hansısa dağıdıcı ünsür xaricdən gələn sifariş əsasında küçəyə çıxaraq ölkədə qarşıdurma yaratmağa çalışdığı üçün icazəsiz aksiyalara meyil göstərir, bu cəhdlərin qarşısı qanuni yolla alındıqda adlarını çəkdiyimiz beynəlxalq hüquq müdafiə təşkilatları dərhal Azərbaycanı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham edirlər. Təbii ki, burada əsas olan reallıq deyil, qərəzdən yaranan hansısa bir fikrin səsləndirilməsidir. Amma gəlin diqqət yetirək, işğalçı Ermənistanda Q.Sarukyanın tərəfdarları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərir, ölkənin təhlükəsizlik qüvvələri onun qarşısını kobudluqla alır, yüzlərlə insan saxlanılır. Qərbin demokratiya institutları bunu görməzdən gəlir. Niyə? Azərbaycan dövləti bu “niyələrin” səbəblərini ən yüksək tribunalardan bəyan edir, “xəbərsiz”, eşitmək problemi olan isə deyəsən həmin beynəlxalq qurumların özləridir. İşğalçı dövlətdə polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Bu, işğalçıya dəstək olan qurumlar, dövlətlər üçün demokratiyanın tələbidir. Amma başqa ölkələrdə, xüsusilə Azərbaycanda demokratik dəyərlərin kobud şəkildə pozulması, mətbuat azadlığının boğulmasıdır. Dünya Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya vermədi?  Mütəmadi olaraq  dünya ölkələrində insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayan  ABŞ Dövlət Departamenti, demokratik prinsiplərin inkişafı ilə məşğul olan  Avropa Şurası Parlament Assambleyası, demokratiyaya, azad mətbuata dəstək missiyasını yerinə yetirən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, dünyaya demokratiya dərsi keçən ABŞ-ın, həmçinin digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri niyə bu ölkədə demokratiyanın boğulmasına münasibətlərini bildirməkdə “çətinlik” çəkirlər?”

 “Azərbaycan istər demokratik islahatların dəyərləndirilməsi sahəsində, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın ikili siyasətini hiss edir və daim buna öz sərt mövqeyini açıqlayır”- deyən siyasi elmlər doktoru Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Qərb hazırda işğalçı dövlətdə yaşanan siyasi böhranı  görməzlikdən gəlsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq uzanmasının səbəblərindən xəbərdardır. Bunun üçün geniş şərhə ehtiyac görmürük.

V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır:”Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməz, ədalət meyarı bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq edilər”. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ