Zərdab rayonunun Şahhüseynli kəndindən Eyyubov Eyyub Əhməd oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz hər gün daha da inkişaf edir. Hazırda bəşəriyyətə yayılmış COVID-19 virusunun dünya iqtisadiyyatına güclü təsir etməsinə baxmayaraq, Sizin diqqət və qayğınız nəticəsində ölkəmizin iqtisadiyyatı dayanıqlı olduğunu göstərdi. Buna görə Zərdab rayonunun Şahhüseynli kəndinin dindarları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizin hərtərəfli siyasətinizi hər zaman dəstəkləyirik. Son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin dövlətimizin əleyhinə səsləndirdiyi ifadələri qəbuledilməz hesab edirik. İnanırıq ki, qısa zamanda bu kimi xoşagəlməz halların qarşısı alınacaq. Allah-Təala Sizi və ailənizi qorusun” - deyə o bildirib.
Baki-xeber.com