“Bu gün Azərbaycan vətəndaşları Sizi özlərinə ən etibarlı dost, qayğıkeş ailə üzvü bilirlər. Fikrimcə, bu, çox ədalətli yanaşmadır. Çünki Sizin işlərinizin bəhrəsini, səmərəsini Azərbaycanın hər bir ailəsində müşahidə etmək mümkündür. Bütün bunları görənlər Sizə xoş ürək sözlərini ifadə edir, təşəkkür məktubları ünvanlayır, görməyənlər isə gərək problemi başqa yerdə axtarsınlar, bəzi nadanlar kimi, xarici sifarişlər əsasında təşkil edilən qarayaxma kampaniyalarının iştirakçısına çevrilməsinlər.
Qeyd etmək istəyirəm ki, mən özüm əliləm və dövlətimizin qayğısını hər zaman hiss edirəm. Bir müddət bundan əvvəl qəzalı evimin təmiri ilə əlaqədar etdiyim müraciətim nəzərə alındı və lazımi işlər görüldü. Bundan əlavə, bu yaxınlarda çətin pandemiya dövründə iki ayı əhatə edən birdəfəlik yardım almışam. Bunlar olmasaydı, indi həyatım necə olardı?!”.
Bu fikirləri Quba rayonunun Əlik kəndindən Paşayev Abdul Şəmsibala oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirir.
A.Paşayev qeyd edir ki, onun kimi Prezidentdən qayğı görən insanlar çoxdur və hər birinin alqışı, duası Prezidentlədir.
Baki-xeber.com