Çar Rusiyası tərəfindən bir sıra ermənipərəst Qərb dövlətlərinin dəstəyilə Cənubi Qafqaza köçürülən haylar Azərbaycan ərazilərindəki alban xristian abidələrinə qarşı həyata keçirdikləri haylaşdırma və saxtalaşdırma kampaniyasını son zamanlar Gürcüstanda da həyata keçirməyə başlayıblar. Cənubi Qafqazın iki köklü yerli xalqı olan Azərbaycan türklərinin və gürcülərin hay məkrilə üzləşməsi böyük tarixi problemdir, uzun illərdir bundan yaxa qurtarmaq mümkün deyil.
Bu gün haylar-ermənilər Gürcüstanın bir çox yerində olan Azərbaycan türklərinə məxsus qədim alban xristian abidələrini də haylaşdırdıqdan sonra indi də Samtsxe-Cavaxetidəki gürcü kilsələrini erməniləşdirməyə başlayıblar. Onlar burada gürcü kilsələrinin quruluşunu dəyişməklə, yaxud onları uçurub yerində Qriqoryan kilsəsi tikməklə böyük cinayətlər edirlər.
Gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya “Report”un yerli bürosuna açıqlamasında ermənilərin bu bölgədə gürcülərə məxsus abidələri dağıtdığını deyib. “Samtsxe-Cavaxeti bölgəsində yerləşən Qoman kəndindəki abidəni ermənilər qəsdən dağıdıblar”.
Onun sözlərinə görə, hazırkı “Surb Qriqor Lusavoriç” erməni kilsəsi gürcü kilsəsinin fundamenti üzərində tikilib: “Ermənilərin özləri həmin kilsəni bərpa etmək adı altında erməniləşdiriblər. İndi isə məbədi qəsdən və məqsədyönlü şəkildə uçururlar. Bu, gürcü kilsələrinin ermənilər tərəfindən mənimsənilməsi, ermənilərin bu ərazilərdə məskunlaşması tarixini təhrif etmək məqsədi daşıyır”.
Tarixçi hesab edir ki, digər məqsəd ermənilər və gürcülər arasında dini zəmində gərginlik yaratmaqdır: “Gürcülər və azərbaycanlılar arasındakı münasibətləri sarsıda bilməyənlər indi də bu təxribatlara əl atırlar. Ermənilər öz geosiyasi ambisiyalarının qurbanına çevriliblər. Ermənistan mətbuatı məbəd ərazisində qanunsuz aparılan qazıntı işlərini gürcülərin müqəddəs yeri təhqir etmələri kimi təqdim edir. Gürcüstanda müqəddəs yerlər hansı dinə mənsubluğundan asılı olmayaraq, heç vaxt nə təhqir oluna, nə də dağıdıla bilər. Bu, mümkün deyil”.
Q.Marxuliya deyib ki, Samtsxe-Cavaxeti bölgəsində kilsə ilə bağlı son yaşananlar ilk belə hadisə deyil: “Belə ki, 2017-ci ilin sentyabrında Kumurdo kəndində yerli ermənilər bərpası davam etdirilən kilsənin ərazisinə zorla daxil olmağa cəhd ediblər və nəticədə polislə qarşıdurma baş verib. Onların məqsədi məbəd ərazisində xaçkar quraşdırmaq idi. Son baş verən hadisə də bu prosesin davamıdır. Harada yaşamasından asılı olmayaraq, ermənilər həmin yerlərdə xaçkarlar quraşdırmağa cəhd edirlər. Bununla da onlar dünya ictimaiyyətini inandırmağa və şübhələndirməyə çalışırlar ki, iddia etdikləri torpaqlar guya ermənilərə məxsus olub. Tarixən gürcü çarları və xalqı ermənilərə sığınmaq üçün torpaqlar verib və onların normal yaşamaları üçün bütün imkanları yaradıblar. Lakin görünən odur ki, ermənilər nə xristian, nə də müsəlmanlarla birgə yaşaya bilirlər”.
Bunu gürcü tarixçisi deyir. Burada əsl gizlənən məqam ondan ibarətdir ki, ermənilər yerli xalqların tarixi irsinə təcavüz etməklə özlərinin Cənubi Qafqazda “yerli əhali” olduğunu göstərməyə cəhd edirlər. Yoxsa, onların bundan başqa nə niyyəti ola bilər ki? Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonra əsasən Azərbaycan ərazilərində məskunlaşdırılıb, xeyli hissəsi isə Gürcüstan torpaqlarında yerləşdirilib. Əlbəttə, həmişə satqın, xain, iri dövlətlərə nökərçilik edən ermənilər bu ərazilərə məqsədli şəkildə yerləşdirilib. Onları burada yerləşdirənlər o dünyada olsalar da, ermənilər bu dünyada ziyankarlıqla, başqa xalqların mədəniyyətini, abidəsini, torpaqlarını mənimsəməklə məşğuldurlar.
“...bizə və gürcülərə mənfi münasibət bəsləyən mənfur dövlətlərin sifarişlərini yerinə yetirirlər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin niyyəti Cənubi Qafqazdakı bütün xristian abidələrini saxta yollarla erməniləşdirmək və guya burada yerli xalq olduqlarını “sübut” etməkdir. “Doğrudan da ermənilər bütün XX əsr boyu başqa ölkələrdən dilənib yığdıqları ianələrlə, müxtəlif cinayətkar qruplaşmalara, mafiyalara qoşulub əldə etdikləri gəlirlərlə ancaq özlərinin Cənubi Qafqazda “yerli xalq” olduqlarını “sübut” etmək üçün təbliğat işləri ilə məşğul olublar. Onlar hazırda da bununla bağlı planlar tutur, kitablar çap etdirir, saxta xəritələr cızdırır, filmlər çəkdirirlər. Ermənilərin işi saxtakarlıqdan, təcavüzdən və böhtandan ibarətdir. Bunu özü də vaxtilə ərazilərində məskunlaşdıqları, onlara sığınmaq üçün yer verən, qonşuluğunda yaşamağa şərait yaradan xalqlara, dövlətlərə qarşı edirlər. Onların ən böyük siyasəti antitürk siyasətidir. Eyni zamanda, onlar Egey dənizindən tutmuş, Qafqaza qədər hansı dövlətlərdən sığınacaq alıblarsa, həmişə onlara qarşı xəyanət ediblər, bu yerlərdə “yerli xalq” olduqlarını “sübut” etməyə çalışıblar. Məlumdur ki, ermənilərin “qədim mənbə” adlandırdıqları bir çox mənbə var ki, onları dönə-dönə çap edirlər. Amma onların heç birində əvvəllər “erməni dövləti” anlayışı belə yoxdur. Yəni o mənbələrdə erməni xalqı haqqında məlumat verilir, amma sonrakı “tarixçilər” isə “erməni dövləti” kimi qələmə vermək istəyirlər. Gec də olsa, onlar bu işi çox böyük sürətlə görməyə çalışırlar. Bilirsiniz ki, yerləşdikləri Azərbaycan ərazilərini “öz dövlətləri kimi” qələmə verməyə çalışırlar - İrəvanı, Qarabağı və digər ərazilərimizi. XIX əsrin əvvəllərindəki Azərbaycan iki yerə bölündü və Şimali Azərbaycana gətirib erməniləri yerləşdirdilər. O vaxt bizim torpaqlara onlar həm İran, həm də Türkiyə ərazisindən köçürülürdülər. İrandan gələnlər daha çox Azərbaycanın Qarabağ torpaqlarında, Türkiyədən köçürülən ermənilər İrəvan vilayətində, İrəvan xanlığının torpaqlarında, onların bir qismi isə Gürcüstan ərazisində yerləşdirilirdi.
Cavaxetiya bölgəsində yerləşdirilən ermənilər o vaxtdan müxtəlif şəkildə öz ərazilərini genişləndirmək, özlərini “yerli xalq” hesab etmək üçün çoxlu təbliğat vasitəsinə əl atdılar, o cümlədən, kitablar, məqalələr yazdılar, digər fəaliyyətlər göstərdilər. Əvvəllər İlya Çavçavadze “Ağlayan daşlar” əsərini yazıb göstərdi ki, ermənilər Gürcüstanda nə qədər saxtakarlıqlar ediblər. Ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də Dağlıq Qarabağda etdikləri kimi, Gürcüstanda da “bərpa” adı ilə kilsələri erməniləşdirir, xaç daşları qoyur, kilsə və digər abidələrin üzərindəki yazıları silib yerinə ermənicə yazırlar. Onlar bu terroru Azərbaycan abidələrinə qarşı da həyata keçiriblər. Ermənilər Azərbaycan və Gürcüstanda xristian abidələrini saxtalaşdırmaqla, onların üzərindəki qədim yazıları pozub əvəzinə ermənicə qondarma yazılar yazmaqla “sübut” etmək istəyirlər ki, guya “bu abidələr ermənilərə məxsusdur” və ermənilər də “Cənubi Qafqazın qədim sakinləridir”.
Q.Hacıyev vurğuladı ki, təkcə İlya Çavçavadze deyil, digər gürcü mütəfəkkirləri, tarixçiləri də erməniləri ifşa ediblər. Professorun sözlərinə görə, gürcü tarixçiləri də sonradan ayılıb və ermənilərin xislətini, mahiyyətini ifşa edirlər. Ermənilərin mehribanlıq gördükcə, onlara mehribanlıq göstərən xalqlara qarşı xəyanətkar mövqe tutduqlarını xatırladan Q.Hacıyevin sölərinə görə, buna nümunə üçün hazırkı durumu göstərmək olar. “Bu dövlətlər ermənilərə yer veriblər ki, yaşasınlar, torpaq iddialarından əl çəksinlər, amma, göründüyü kimi, onlar bundan heç vaxt əl çəkməyiblər. Ermənilərin hazırda Gürcüstanda gürcü abidələrinə, kilsələrinə qarşı həyata keçirdikləri təcavüz yalnız “özlərinnin burada yerli xalq olduqlarını” dünyaya çatdırmaq məqsədi daşıyır. Bu saxtalaşdırma siyasətinin kökü Sovet dövrünə gedib çıxır. Gürcülər bu kilsələri nə qədər mühafizə etsələr də, yenə ermənilər imkan düşən kimi o kilsələrin quruluşunu dəyişərək erməniləşdiriblər. Xaricdəki erməni diaspor təşkilatlarından və bir sıra Qərb dövlətlərindən dəstək görən ermənilər bu çirkin oyunlarını Azərbaycan və gürcü xalqına qarşı oynayır, bununla həm də bizə və gürcülərə mənfi münasibət bəsləyən mənfur dövlətlərin sifarişlərini yerinə yetirir, siyasətlərini həyata keçirirlər. Son dövrlər məşhur gürcü tarixçiləri, professor Quram Marxuliya və digərləri bizim Qafqazşünaslıq İnstitutunun keçirdiyi simpoziumlara, konfranslara qatılıb, çıxışlar ediblər. Hər dəfə onlarla söhbətimizdə gürcü alimləri ermənilərin anti-Azərbaycan və antigürcü siyasətlərini pisləyiblər. Çünki əsrin əvvəllərində, hətta gürcülərin azərbaycanlıların tərəfində olduqları vaxtda da belə ermənilər gürcüləri qızışdıraraq, onları bizimlə münasibətləri pozmağa təhrik ediblər. Buna cəhdlər ediblər. Bu gün Gürcüstanda nə qədər erməni təşkilatı var, onların əksəriyyəti əvvəllər gizlin, indi isə aşkar şəkildə azərbaycanlılarla gürcülərin arasında münasibətləri pozmaqdan ötrü çox şey edirlər” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA