Mingəçevir şəhərində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Cəfərov Heydər Məhəmməd oğlu Prezident İlham Əliyevə məktub yazıb.
“Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən məmnunluqla qarşılanır. Şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Sizin həyata keçirdiyiniz siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə imzaladığınız fərman və sərəncamlar çox sayda ailəyə böyük sevinc bəxş edib, vətəndaşlarımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib. Şəhid ailəsi kimi biz də bu diqqət və qayğıdan kənarda qalmamışıq. Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik müavinətlə təmin olunmağımız dövlətimizin bizə göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir”.
H.Cəfərov, həmçinin, qeyd edir ki, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır. Məcburi köçkün bu istiqamətdə həyata keçirdiyi uğurlu işlərə görə ölkə başçısına öz adından və ailəsi adından təşəkkür edir.
Baki-xeber.com