Bakıdan Əməkdar artist, ud ifaçısı, Prezident mükafatçısı Yasəf Eyvazov da Prezident İlham Əliyevə müraciət edib.
“Sizi səmimiyyətlə salamlayır, Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda Siz uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlayaraq, epidemiyanın sürətlə yayılmasının qarşısını aldınız və vətəndaşların təhlükəsizliyini bütün işlərdən üstün tutdunuz.
Sizin mədəniyyətimizə, musiqimizə, milli-mənəvi dəyərlərimizə olan diqqət və qayğınızı da yüksək qiymətləndirir, ürəkdən alqışlayıram. Bu problemlər arasında biz musiqiçiləri və incəsənət xadimlərini də yaddan çıxarmayıb əməyimizi yüksək dəyərləndirdiyiniz və mükafatlandırdığınıza, şəxsən məni Prezident mükafatına layiq gördüyünüzə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident! Allah Sizi, ailənizi və xalqımızı qorusun” - deyə Y.Eyvazov qeyd edib.
Baki-xeber.com