“Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram… Ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik.
Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz gənclər Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Ulu Tanrı Sizi qorusun, bütün işlərinizdə Sizə yardımçı olsun”.
Bu sözləri Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisasının birinci kurs tələbəsi Abbaszadə Cəmilə Vüsal qızı Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.
Baki-xeber.com