“Mən 30 ilə yaxındır ki, erməni işğalı nəticəsində öz elimdən, obamdan köçkün düşərək Göyçayda məskunlaşmışam. 2019-cu ildə Sizin göstərişinizlə Göyçay şəhərində məcburi köçkün və qaçqın ailələri üçün yaşayış binası tikilib. Mən də həmin binada mənzillə təmin olunmağım üçün müraciət etmişdim. Müraciətimə baxıldıqdan sonra mənə çox sevindirici xəbər çatdırdılar. Mənə də o binadan mənzil verildi”.
Bu sözlər Göyçay şəhərində məskunlaşan Ağdam rayonundan məcburi köçkün Mustafayeva Sabah İbrahim qızının Prezident İlham Əliyevə yazdığı məktubda yer alıb.
S.Mustafayeva, həmçinin, qeyd edir ki, bu ahıl yaşında ona belə sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirir. “Sizin və Mehriban xanımın qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi Sizi alnınızdan öpürəm” - deyə ağdamlı məcburi köçkün ana yazır.
Baki-xeber.com