Lənkəran şəhərindən Şükürov Sehran Məmməd oğlu, Rzayev Ceyhun Hüseynağa oğlu, Bağırov Səxavət Əhməd oğlu, Abdullazadə Azər Əlövsət oğlu, Cəfərov Ceyhun Nizam oğlu və başqaları da Prezident İlham Əliyevə müraciət ediblər:
“Sizin Lənkərana göstərdiyiniz doğma münasibət biz sakinlərə hədsiz qürur verir. Fəxr edirik ki, Sizin kimi müdrik, qayğıkeş dövlət başçımız var. Sizin tapşırıqlarınıza uyğun olaraq, şəhərimizin küçələrində asfaltlama işləri aparılır. Bizim yaşadığımız Füzuli, Kələntərlilər, Vaqif Nağıyev küçələri də asfaltlanıb və abadlaşdırılıb. Sizin qayğınız sayəsində indi Lənkəran şəhərinin hər tərəfi səliqəli, təmiz görünür”.
Lənkəran şəhərinin sakinləri qeyd edirlər ki, Prezidentin gördüyü bütün işlər, göstərdiyi qayğı onların könlünü açır, belə bir vaxtda onlara ruh verir. Məktub müəllifləri görülən bütün işlərə, tədbirlərə görə ölkə başçısından razılıq edirlər.
Baki-xeber.com