Ağcabədi rayonunun Cəfərbəyli kəndindən Ağcabədi Pedaqoji Kollecinin müəllimi Atakişiyev Səbuhi Valeh oğlu da Prezident İlham Əliyevə müraciət ünvanlayan vətəndaşlarımızdan biridir.
“Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma risqini minimuma endirmək mümkün oldu”.
S.Atakişiyev bu həssas dönəmdə xalqla həmrəy olduğuna və ən başlıcası isə Ağcabədi rayonuna yeddinci dəfə səfər etdiyinə və Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılmasına görə Prezidentə öz təşəkkürünü bildirir: “Rayonumuzda "ASAN xidmət" mərkəzinin açılışında könüllülər qarşısında məzmunlu çıxışınızı yüksək dəyərləndiririk. Biz gənclər hesab edirik ki, Sizin Qarabağ torpaqlarına hər gəlişiniz bizi işğal edilmiş ərazilərimizin geri qaytarılmasına səsləyir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Biz Sizə inanır, güvənir və arxalanırıq. Tanrı Sizi qorusun”.
Baki-xeber.com