Şəmkir şəhərindən Prezident İlham Əliyevə müraciət edən İbrahimov Sabir Şükür oğlu və İbrahimova Rahilə Vəli qızı qeyd edirlər ki, bəşəriyyəti cənginə almış qorxunc pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, ölkə başçısının əsl vətəndaşlıq nümunəsi göstərərək xalqın yanında olması, bütün vətəndaşlar kimi, onları da qürurlandırır.
“Əhalinin sağlamlığının qorunmasının ön plana çəkilməsi, Sizin uzaqgörən siyasətinizlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bu pandemiyadan daha az itkilərlə çıxmağımıza zəmin yaradıb. Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı bir ailənin iki həkim üzvü olaraq alqışlayır və xalqımızın sağlamlığı naminə verdiyiniz tapşırıqları səngərdəki bir əsgər kimi hər zaman sevə-sevə yerinə yetirəcəyimizə söz veririk. Siz, həqiqətən, vətəndaşı onun özündən daha çox düşünürsünüz... Şəmkir sakinləri də Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə hər zaman dəstək olacaqlar. Biz fəxr edirik, qürur hissi keçiririk ki, Sizin kimi Prezidentimiz var” -deyə Şəmkir sakinləri bildirirlər.
Baki-xeber.com