“Dünyanın ən təhlükəli bəlasına çevrilmiş koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizənin dövlətimizi və xalqımızı bu dəhşətli xəstəliyin ağır sınağından çıxaracağına uğurla inanırıq. Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan çox uğur əldə edib və çətinliklərə sinə gərib. Pandemiyanın ilkin mərhələsində verdiyiniz hər bir qərar, həyata keçirdiyiniz bütün tədbirlər qısa bir zamanda öz müsbət nəticəsini göstərdi. Bu gün yoluxma hallarının çox olmasına baxmayaraq, əminik ki, həyata keçirilən tədbirlər nəticəsində bu bəladan tamamilə qurtulmaq mümkün olacaq. Siz ən ağır günlərdə xalqı düşünməklə, onun yanında olmaqla əsl lider kimi öz müqəddəs missiyanızı bir daha yerinə yetirdiniz. Biz Sizə həmişə inanmışıq və indi də inanırıq”.
Bu fikirlər Şirvan şəhərindən Prezident İlham Əliyevə məktub yazan Əkpərzadə Mələk Əskər qızına məxsusdur.
M.Əkpərzadə ölkəmizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə atdığı hər bir addımda ölkə başçısına uğurlar arzulayır və qeyd edir ki, Prezident İlham Əliyev xalqa arxalandığı kimi, xalqımız da hər zaman Prezidentə arxalanır.
Baki-xeber.com