05/07/2020 07:38
728 x 90

Bir qrup Beyləqan sakini: “Sizin gördüyünüz işlər göz qabağındadır”...

img

“Sizin Prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, çətinliklərin öhdəsindən mətinliklə gəlib. Cəbhə bölgəsində yaşayan məcburi köçkünlər olaraq, inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik.

Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən, sosial baxımdan həssas ailələrə xüsusi qayğı göstərilməsi, ərzaq yardımlarının verilməsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, xalqımız Sizə arxalanır və güvənir. Çünki ataların bir məsəli var: “Gördüyünü qoyub, görəcəyə getmə.” Sizin gördüyünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin”.

Bunu Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə Beyləqan rayonundan İsmayılov Mircəfər Əjdər oğlu, Hüseynova Yasəmən Vidadi qızı, Cəfərov Cəfər Rüstəm oğlu və Kərimov Mansır Qəni oğlu bildiriblər.

Baki-xeber.com

Son xəbərlər