çərşənbə günü, 28 oktyabr 2026
     

Prezident Əliyev Asiya Bankı rəhbərliyinə pandemiya ilə mübarizənin milli platformasını və real nəticələri təqdim etdi...

Image


Məlum olduğu kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın rəhbərliyi arasında videokonfrans keçirilib.

Videokonfransda Prezident İlham Əliyev pandemiya ilə mübarizə dövründə ölkəmizdə görülən işlərdən danışıb. O, dövlətimiz tərəfindən başqa ölkələrə yardımlar olunduğunu, aidiyyəti beynəlxalq qurumlarla sıx əməkdaşlıq edildiyini, həmçinin, ölkə içində iqtisadiyyata və digər istiqamətlərə dəstək verildiyini vurğulayıb.

“... Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin, böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq” - deyə Prezident İlham Əliyev qeyd edib.

Bütün bunların Azərbaycanın beynəlxalq nüfuzunun artmağında nə kimi rolu olacaq?

  • “...həm də ölkəmizin dünya ölkələrinə göstərdiyi yardımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun...”

 “Səs” qəzetinin və eyniadlı agentliyin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin  sözügedən videokonfransda vurğuladığı fikirlərin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasında böyük əhəmiyyəti var.  “Azərbaycanda Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət faktoru çoxşaxəlidir və ən əsası budur ki, hər birinin kökündə, təməlində vətəndaş amili, xalqın sosial rifahının mükəmməl şəkildə təminatı gerçəkliyi dayanmaqdadır. Xüsusilə pandemiya dövründə həyata keçirilən layihələr və reallaşdırılan məqsədlər deyərdim ki, öz miqyasına görə bir çox aparıcı ölkəni geridə qoyur”.

Siyasi ekspertin fikrincə, dövlət başçısı dəfələrlə öz çıxış və tezislərində insan faktorunun daim öndə saxlandığını vurğulayıb və məqsədinin bilavasitə xalqa xidmət etmək olduğunu bildirib: “Videokonfrans zamanı da bu fikirləri diqqətə çatdıran və xüsusi olaraq önə çəkən ölkə rəhbərimiz hazırkı məqamda insanların sağlamlıqlarının qorunmasının prioritetlik təşkil etdiyini xüsusi olaraq vurğulayıb. O da əbəs deyil ki, bir sıra ölkələrdən fərqli olaraq, pandemiyanın artdığı vaxt Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində minimum itkilər müşahidə olunub. Hətta tətbiq edilən önləyici tədbirlərimiz başqa ölkələr tərəfindən öyrənilib, nümunə olaraq istifadə olunub. İstər Ümumdünya Səhiyyə Təşkilatının, istər digər mötəbər beynəlxalq qurumların, istərsə də ayrı-ayrı dövlət başçılarının Azərbaycanda aparılan işlərə yüksək qiymət vermələri də sübut edir ki, ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmaq gücündədir. Əlbəttə ki, bütün bunların təməlində uzun illərdir həyata keçirilən mütərəqqi, məqsədyönlü və qətiyyətə hesablanmış uğurlu idarəçilik mexanizmi dayanmaqdadır. Əgər ölkəmizdə sosial-iqtisadi siyasətin dinamik inkişafı olmasaydı, Azərbaycan regional və beynəlxalq layihələrdə iştirakçı, təşəbbüskar və ideyaverici rolunda çıxış etməsəydi, ümumiyyətlə, ən vacib iqtisadi, enerji, sənaye və s. sektorlar üzrə siyasi iradə ortaya qoyulmasaydı, bu gün həmin uğurlardan danışmaq olmazdı”.

B.Quliyev, həmçinin, qeyd etdi ki, bu gün Prezident işsizliyin, aztəminatlılığın aradan qaldırılması, pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi üçün bütün imkanlardan istifadə edirsə, artıq bu faktın özü Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi kimi qiymətləndirilə bilər: “Dövlət başçısı videokonfrans zamanı da bu fikirlərini önə sürərək xatırlatdı ki, qeyd olunanlarla yanaşı, hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayrılıb. Bəlli səbəbdən 4 ay ərzində iqtisadi artımımızın çox az olduğunu da deyən ölkə rəhbərimiz, bununla belə, həmin artımın 0,2 faiz təşkil etdiyini də vurğulayıb. Halbuki, bir sıra dövlətlər hətta iqtisadi portensiallarına baxmayaraq, resessiya dövrünü yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə diqqət çəkərək, hətta neftin qiymətinin düşməsinə baxmayaraq, iqtisadi sabitliyin qorunub saxlanması reallığını videokonfrans iştirakçılarının diqqətinə çatdırıb. Yəni bu gün sosial layihələr ixtisara salınmırsa, büdcədən çıxarılmırsa, bu, Azərbaycan dövlətinin uğurlu siyasət tandeminin bariz göstəricilərindən biri kimi dəyərləndirilməlidir. On görə də cənab Prezident qeyd etdi ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Daha bir mühüm nüans isə Azərbaycan dövlətinin pandemiya başladığı andan yardım üçün, hər hansı digər dəstək üçün müəyyən qurumlara müraciət etməməsi ilə bağlıdır”.

Baş redaktor hesab edir ki, dövlət başçısı yardım üçün müraciət edən 150 ölkədən fərqli olaraq, Azərbaycanın buna ehtiyacının olmadığını deyib: “Əlbəttə, bu bizim iqtisadi gücümüzün mövcudluğu ilə yanaşı, həm də ehtiyatlarımızın qorunub saxlanmasının, artırılmasının nəticəsidir. Azərbaycan dövləti və rəhbərliyi qarşıya qoyulan bütün hədəflərə nail olur və hazırda istənilən problemin aradan qaldırılması üçün var gücünü ortaya qoyur, yeni planların icrası üçün səylər göstərilir. O cümlədən, Azərbaycan bir sıra ölkələrə humanitar yardımlar da göstərir ki, bu da ölkəmizin güc amilini, inkişaf və tərəqqi trayektoriyasının nə qədər geniş əhatəyə malik olduğunu isbatlayır. Pandemiya dövründə həm ölkə daxilində həyata keçirilən saysız-hesabsız iş, həm də ölkəmizin dünya ölkələrinə göstərdiyi yardımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, genişlənməsinə səbəb olacaq. Hesab edirəm ki, dayanıqlı və dinamik inkişaf gerçəkliyi qarşıdakı zamanlarda növbəti uğurlara imza atmaq üçün də geniş şərait və imkanlar yaratmaqdadır” - deyə B.Quliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ