12/07/2020 03:44
728 x 90

Koronavirusla mübarizədə Ermənistanın dövlət siyasəti yerlə bir edildi – 1 milyon əhali hesabına yoluxmaya görə dünyada altıncı yer...

Seyid Camal Əzimbəyli: “Bütün bunlar açıq şəkildə onu göstərir ki, hakimiyyət pandemiya ilə mübarizəni təşkil edə bilmir”

img

Erməni mediasında hakimiyyətin koronavirusa qarşı mübarizəsinin effektiv olmadığı, ən əsası, xəstəliyin öhdəsindən gələ bilmədiyi sərt tənqid olunur. Qeyd olunur ki, mayın sonuna olan vəziyyətə əsasən, Ermənistan 1 milyon əhalinin hesablanması ilə koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cıdır.

Erməni mediası yazır ki, virusa yoluxanların sayı sürətlə artır. Ölkədə virusa yoluxanların ümumi sayı 10 009 nəfərə çatıb. Ümumilikdə, bu virusdan ölənlərin sayı 158-ə çatıb. Hakimiyyətin koronavirusa qarşı mübarizəni təşkil edə bilməməsi kəskin tənqid edilir. Məsələn, siyasi şərhçi Menua Harutyunyan hökumətin apardığı mübarizə ilə bağlı bildirib ki, virusun yayılmasının lap əvvəlindən Paşinyan düzgün siyasət aparmadı. O qeyd edib ki, Nikol millətin sağlamlığını və Ermənistan iqtisadiyyatının gələcəyini öz hakimiyyətini nəyin bahasına olursa-olsun qorumağa və siyasi rəqiblərini təqib etməyə qurban verib: “Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil, biz bunu nə qədər tez başa düşsək, birləşməyə və Ermənistanın çöküşünü dayandırmağa o qədər tez başlayacağıq”.

Ermənistanın "Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan bildirib ki, ötən həftənin sonunda Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib. O qeyd edib ki, bu dəfə də Paşinyan maska taxmayan və sosial məsafəni gözləməyən insanları günahlandırıb: “Lakin məgər maska taxmaq infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün kifayət idi və ya ayrılıqda götürülmüş vətəndaşın karantin tədbirlərinin ləğv olunması şəraitində sosial məsafəni gözləmək imkanı var idi?”.

O əlavə edib ki, Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin may ayı ərzində uğursuz olduğunu göstərir. İki il ərzində Ermənistan sakinlərinin Paşinyandan ehtimal olunan gözləntiləri gerçəkləşmir.

Görünən odur ki, koronavirusla mübarizədə Ermənistanın dövlət siyasəti iflasa uğrayır. Belə olmasaydı, o zaman virus bu dərəcədə sürətlə ölkədə yayılmazdı.

  • “Pandemiya ilə mübarizə böyük xərc tələb edir, Ermənistanın isə belə imkanı yoxdur”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, işğalçı ölkədə virusun belə sürətlə yayılması Paşinyan iqtidarının uğursuzluğundan irəli gəlir: “Bütün bunlar açıq şəkildə onu göstərir ki, Ermənistan hakimiyyəti pandemiya ilə mübarizəni təşkil edə bilmir. Ölkə rəhbərliyi virusla mübarizədə aciz durumdadır. Belə olmasaydı, o zaman ölkə 1 milyon əhalinin hesablanması ilə koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşmazdı. Ermənistan əhalisinin sayı 3 milyon nəfərə yaxın olduğu halda, orada koronavirusun belə sürətlə yayılması hökumətin uğursuz idarəçiliyindən xəbər verir. Ermənistan inkişaf etmiş ölkə deyil ki, deyəsən güclü iqtisadi-ticarət əlaqələri səbəbindən xaricdən gələnlər virusu yayır. Ermənistan Cənubi Qafqazda iqtisadi göstəricilərinə görə ən geridə qalan dövlət statusuna malikdir. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, pandemiya ilə mübarizə böyük xərc tələb edir. Ermənistanın isə belə imkanı yoxdur. Hesab edirəm ki, sözügedən amil də vəziyyətin kritikləşməsinə öz təsirini göstərir”.

Vidadi ORDAHALLI

Son xəbərlər