12/07/2020 04:31
728 x 90

Paşinyanın virusa yoluxma xəbərlərində yeni oyunun əlamətləri - axı baş nazir ön cəbhədə testdən normal çıxdığını demişdi...

Elşən Mustafayev: “Pandemiyadan qorxan, onunla mübarizə aparan adam epidemiyanın qızğın çağında gedib Qarabağda saxta seçki keçirməzdi”

img

Ermənistanın Baş naziri Nikol Paşinyan ailə üzvləri ilə birlikdə COVİD-19-dan müalicə olunur. Bu barədə bazar ertəsi səhər Facebook vasitəsilə canlı yayımda Nikol Paşinyan özü məlumat verib. O, ön xətdə məskunlaşan hərbi hissələrə baş çəkməzdən əvvəl koronavirus testi üçün analiz verdiyini və testin nəticəsinin müsbət olduğunu bildirib. Paşinyan özündə və ailə üzvlərində xəstəliyin simptomsuz keçdiyini deyib.

Hazırda Ermənistanın Baş naziri yaşadığı hökumət evində təcrid olunduğunu və oradan öz vəzifəsini "məsafədən" icra etdiyini bildirib. Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, Ermənistanda virusa yoluxanların ümumi sayı 9492-yə çatıb. Son gün ərzində də 210 virusa yoluxma halı aşkar edilib. Koronavirusa yoluxanları arasında qeydə alınan 139 ölüm halından 84-nün səbəbi sırf COVİD-19 xəstəliyi olub.

Bəzi ekspertlər və Paşinyanın müxalifləri hesab edirlər ki, Ermənistan baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması heç də işgüzar iclas zamanı deyil, məhz qondarma prezident seçkilərində iştirakı zamanı baş verib. Ermənistan rəhbərinin bu addımlarına ekspertlərin münasibəti necədir?

AMİP funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda Paşinyanın yalan danışan  siyasətçi imici formalaşıb:“Ermənistandakı opponentləri yazır ki,  Paşinyan müxalifət deputatı olanda da yalan danışırdı, hakimiyyət dəyişikliyi günlərində də yalan danışırdı, yenicə baş nazir olduğu vaxtda da yalan danışırdı, erkən parlament seçkiləri ərəfəsində də yalan danışırdı, seçkidən sonra da yalan danışırdı,  Koçaryanın həbs olunduğu zaman da yalan danışırdı, sərmayələr və ölkəyə geri qayıtma haqqında danışarkən, referendum təşkil edərkən də yalan danışdı, referendum kampaniyası zamanı da yalan danışır, koronavirusun ilk günlərində də yalan danışırdı, koronavirusun növbəti günlərində də yalan danışırdı, son onlayn mətbuat konfransında da yalan danışırdı. Göründüyü kim, baş nazirlə bağlı belə rəy formalaşıb. Onun yalanlarında koronavirus mərhələsi də var. Hamımız bilirik ki, Ermənistanda koronavirus ətrafında böyük bir şou qurulub və epidemiyaya qarşı sıfır mübarizə var. Mütəxəssislərimiz yoxdur, müvafiq dərmanlar, müalicə, profilaktika yoxdur. Buna baxmayaraq, Paşinyan belə vəziyyətdən də öz faydası üçün yaralanmağa çalışır. Bir neçə məqsəd güdülə bilər. Birincisi, dünyaya Ermənistanın vəziyyətinin hansı səviyyədə acınacaqlı olduğunu nümayiş etdirib, daha çox yardım toplamaq. Ermənistan dövləti müxtəlif adlarla daima belə dilənçilikləri edib. Bu dəfə həm dünya dövlətlərinin, həm də dünyadakı erməni diasporunun yardımını əldə etmək istəyirlər. Paşinyanın belə informasiyanı yaymaqda digər məqsədi bütün diqqəti daxili problemlərdən yayındırmaqdır. Paşinyan daima belə tryuklardan istifadə edir.  Ermənistanın daxilində ondan tələb çoxdur. Hakimiyyətə gələn zaman verdiyi vədlərin heç birinə əməl etməyib. Pandemiyadan qorxan, onunla mübarizə aparan adam epidemiyanın qızğın çağında gedib Qarabağda saxta seçki keçirməzdi. Bunu da Paşinyanın növbəti şouları sırasına aid edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər