12/07/2020 02:44
728 x 90

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı adından Prezidentə müraciət edildi...

img

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov bu universitetin tələbə gəncləri adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir.

Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bu gün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz. Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız koronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi. Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamlanır. Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfrans Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu bir daha sübut etdi” - deyə qeyd edən N.İsmayılov bütün bunlara görə ölkə başçısına təşəkkürünü bildirir.

Baki-xeber.com

Son xəbərlər