12/07/2020 03:47
728 x 90

“Cənab Prezident, Kürsəngidə pambıqçılığa dair verdiyiniz tövsiyələr...” - Prezident Əliyevə bölgələrdən daha bir məktub gəldi...

img

“Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olub. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yeri yaranıb. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir verib”.

Bu fikirlər Salyan rayonunun Kürsəngi kənd sakinləri Ağa Ağamaliyevin, Nurlan Bürcəlizadənin, Elşən Aydınovun, İslam İmanovun, Şamxal Məhərrəmov və başqalarının Prezident İlham Əliyevə yazdıqları məktubda əks olunub.

Kənd sakinləri qeyd edirlər ki, Prezidentin göstərişi ilə pambıqçılığa böyük yer verildiyi üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. “Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk” - deyə onlar bildirirlər.

Baki-xeber.com

Son xəbərlər