Cümə günü, 30 oktyabr 2026
     

Paşinyan Şuşadakı çıxışında olmayan erməni dövlət adları quraşdırdı

Image


Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də tarixi saxtalaşdırma, yalan və uydurmalarla zəngin olan fikirlər səsləndirib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda qondarma rejimin qanunsuz “prezident seçkisi” keçirilib. Mayın 21-də isə qondarma rejimin saxta “prezidentinin” “andiçmə mərasim”i şousu düzənlənib.

Beynəlxalq qurumların, dünya birliyinin tanımadığı qanunsuz “andiçmə mərasimi”nə qoşulan Paşinyan bu dəfə öz məruzəsində daha böyük saxtakarlığa yol verib. O, məruzəsində guya qədimdə olan “erməni dövlətlərinin - Van Krallığı , Yervanduni Krallığı, Artaşyan Krallığı, Arşakuni Krallığı, Baqratuni Krallığı, Kilikiya Krallığı, Birinci Ermənistan Respublikası”nın adlarını çəkib və ermənillərin “minilliklər boyu dövlətçilik ənənəsinə sahib olduğunu” deyib.

  • “...Paşinyanın və erməni tarixçilərinin uydurduğu bir məsələdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu çıxışında yer alan əsassız iddialar da “andiçmə” şousunun içində göstərilən bir şoudur. Qədimdə heç bir erməni dövlətinin olmadığını qeyd edən Q.Hacıyevin sözlərinə görə, Paşinyan o qədər savadsızdır ki, nə danışdığını bilmir. “Əvvəlcə bu uydurmaların kökünün haradan gəldiyi barədə danışmaq istəyirəm. XVIII əsrin sonlarından ermənilər haradasa dövlət yaratmaq üçün şərait, imkan axtarırdılar. Gah İngiltərə Krallığına, gah Çar Rusiyasına müraciət edirdilər, onlardan kömək istəyirdilər. Onlara bu şəraiti Çar Rusiyası yaratdı və Cənubi Qafqazda dövlət yaratmaq üçün “işıq ucu” göstərdi. Ermənilər Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürüldükdən sonra onlara burada dövlət yaratmaq imkanları yarandı. Əsas məqsəd nə idi? Müsəlman dünyasında xristian abidələrinin, xristianlığın izi olan bir ərazi vardı, o da Dağlıq Qarabağ idi. Çünki bizim eranın əvvəllərində xristianlıq qəbul olunanda Albaniya dövləti xristianlığı dövlət dini kimi qəbul etmişdi. Bildiyiniz kimi, Alban xristian dövləti var idi. IV əsrdən VIII əsrin əvvəllərinə, yəni ərəblər gələnə qədər burada din xristianlıq idi. İslam dini yayıldıqdan sonra xristianlıq bu ərazilərdə məhdudlaşmışdı. Ona görə də xristianlıq ortadan çıxdı. Dövlətin tələb etdiyi islam dini yayıldı. Amma bu ərazilərdə xristian izləri - abidələri qaldı.

Ermənilərə gəldikdə, Paşinyanın sayıqladığı “dövlətlərlə” bağlı XX əsrin əvvəllərində Nikita Eminyan, Şahnazaryan, Patkanyan tərəfindən tapşırıq nəticəsində uydurulmuş tarix formalaşdırılmağa başlandı ki, guya onların bu ərazilərdə “qədim dövlətəri” olub. Ermənilər hansısa bir “mənbə” göstərirlərsə, bu ancaq ermənilərin uydurduğu, yaratdığı saxta mənbədir. Bundan sonra onlar çalışdılar ki, qondarma erməni tarixini Ermənistan tarixinə çevirsinlər. Cənubi Qafqazda “qədim erməni dövləti” olması barədə “faktlar” topladılar, “tarixi mənbələr axtarıb tapdılar”, qondarma tarix uydurdular. Amma görək tarixi həqiqət necədir? Bu haylar Egey dənizinin sahillərindən, Balkanlardan Romalılar, Bizanslar dövründə indiki ön Asiya ərazilərinə gəlib çıxmış və gəlib Kilikiya ərazisində kiçik bir satraplıq yaratmışdılar. Sasanilərin dövrünə eramızdan əvvəl bir satraplıq yaratdılar və bu satraplığın adını “krallıq” qoydular. Həqiqət belədir ki, Kilikiya ərazisində kiçik bir satraplıq yaradıblar, amma onlar onun adını “Kilikiya çarlığı”, “Kilikiya krallığı” kimi böyük adlarla adlandırırlar. Hətta iddia edirlər ki, həmin “krallığın” ətrafında üç dəniz arasında ərazi bu “dövlətə tabe olub”. Ermənilər “Böyük Ermənistan” xəstəliyinə də burada tutulublar. Guya onlar o vaxt “Kilikiya krallığı”, “Van çarlığı” yaradıblar. Hətta Sovet dövründə tapşırıqla Pyotrovski ilə bir kitab - “Van çarlığı” haqqında “Qızıl təpə” adlı əsər yazılıb. Onlar bu kitabda “Böyük Ermənistan” dövlətinin olduğunu göstərməyə çalışıblar. Əlbəttə, bu böyük saxtakarlıqdır. Tarixdə “Böyük Ermənistan” adlı dövlət olmayıb, bu, ermənilərin uydurmasıdır.  “Yervanduni Krallığı”, “Artaşyan Krallığı”, “Arşakuni Krallığı”, “Baqratuni Krallığı” məsələsinə gəlincə, bu da Paşinyanın və erməni tarixçilərinin uydurduğu bir məsələdir. İndi onlar bu barədə yazmağa başlayıblar. Amma o “dövlətlər”in harada yerləşdiyini deyə bilmirlər. Arşakitlərin, Arşagirin, Baqratunilərin isə ermənilərə, ümumiyyətlə, aidiyyəti yoxdur. “Arşakuni Krallığı” deməklə, onlar arşakiləri nəzərdə tuturlar. Arşakilər sülaləsi bizim albanların ulu əcdadlarıdır. Arşakilər sülaləsindən sonra da arşagirlərin, albanların, mehranilərin və sairin ermənilərə heç bir aidiyyəti yoxdur, onlar bizim xalqımızın mənşəyində duran xalqlardır. VII-VIII əsrlərdə ərəblərin gəlişi dövründə ərəblərə qarşı mübarizə aparanlar da, eyni zamanda, islam dinini qəbul edib onların bayrağı altında xilafətə xidmət edənlər də olub. Baqratunilərə gəlincə, onların adları ərəb, fars mənbələrində çəkilir. Tarixçilərin apardıqları tədqiqatlara görə, Baqratuni yəhidi mənşəlidirlər, onların da ermənilərlə heç bir əlaqəsi yoxdur. Bu baxımdan, “Baqratuni krallığı”nın ermənilərlə heç bir bağlılığı mövcud olmayıb. Bunu da Paşinyan və tarixçilər uydurublar”.

Q.Hacıyev vurğuladı ki, ermənilər-haylar gah hindistanlılarla, gah farslarla qohum olduqlarını iddia edirlər. Ermənilərin özlərini böyük xalqlara yamaq etmək iddiası ilə saxta tarix yaratdıqlarını deyən Q.Hacıyevin sözlərinə görə, onlar indi də Baqratunilərə calaq olmaq istəyirlər: “Ermənilər indi də Baqratunilərdən yapışıblar. Onlar Baqratunilər haqqında uydurmalar yaradırlar. Çünki Baqratunilər tarixdə var, onlar da o dövrdə mübarizə aparan, döyüşkən tayfalar olub. Ona görə də ermənilər özlərini onlara calamaq istəyirlər. Halbuki, Baqratunilər, Arşakilər, Arşagitlər olan dövrdə və yerlərdə nə haylar vardı, nə də ermənilər. Bu dövlətlərin onlara heç bir aidiyyəti yoxdur. Kilikiya satraplığından sonra da ermənilər bizim eranın əvvəllərindən XX əsrin əvvəllərinə qədər uzun əsrlər başqa dövlətlərin tərkibində qaraçı kimi yaşayaraq, heç bir dövlətə, dövlətçiliyə malik olmayıblar. Paşinyanın adlarını çəkdiyi dövlətlərin, ümumiyyətlə, ermənilərlə, haylarla əlaqəsi yoxdur. Görünür, Paşinyanın son dövrlər “tarixə müraciət” etməsi ondan irəli gəlir ki, Köçəryan, Sarkisyan dövründə onların tapşırığına əsasən, Arutunyan kimiləri ermənilərin bizim ərazilərdə “qədim dövlətlərinin olduğunu sübut etməyə” çalışsalar da, onların bu cəhdləri alınmadı, indi o, onların “səhvini düzəltməyə” çalışır. O vaxt Sarkisyan erməni jurnalistlərini Gorusa topladı və onlara tapşırıq verdi  ki, “bütün bu ərazilər erməni torpağı olub, bunu yazıb bütün dünyaya yayın” . Amma onlar nə qədər cəhdlər etsələr də, ortaya bir nəticə çıxara bilmədilər. Əksinə, bununla öz babalarının yazdıqları uydurma tarixi inkar etməyə başladılar və özlərini biabır etdilər. İndi də Paşinyan belə mənasız, boş, cəfəng fikirləri “təzə fikir” hesab edib, onu yenidən canlandırır, bununla da özünü tarixin bilicisi hesab etməyə cəhd edir. Amma hesab edirəm ki, Paşinyan uydurma “qədim erməni dövlətləri”nin adlarını çəkməklə özünün siyasi uğursuzluğunu, Ermənistanı qara günə qoyduğunu ört-basdır etmək istəyir və belə populist çıxışalarla gündəmə gəlməyə cəhdlər edir. Bu cür çıxışları ilə fikri yayındırmaq üçün növbəti şou təqdim edir. O cümlədən, Azərbaycan tarixinə aid olan məsələləri tərpədir, bilir ki, bunlar mübahisəli fikirlərdir və Azərbaycan tarixçiləri, eyni zamanda, dünya tarixçiləri qarşısında öz iddialarını sübut etməsi çətindir, o, növbəti dəfə gülünc vəziyyətə düşə bilər.  Dünya da Paşinyanın dediklərinin uydurma olduğunu bildiyi üçün onun fikirlərini qəbul etmir”.

Ermənilərin saxta tarixlərini Sovet dövründə bəzi rus alimlərinin qəbul etdiyini xatırladan Q.Hacıyev hesab edir ki, həmin dövrdə rusların təsiri altında olan Şimali Qafqazda, Orta Asiyada və sair yerlərdə belə “kitablar”a istinad edərək, bu fikirləri səsləndiriblər.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ