Cümə günü, 30 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır”

Image


«Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın neft-qaz sektorundan asılılığının minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan möhtərəm Prezidentimiz İlham Əliyevin son 16 ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir.  Regionların malik olduqları  potensialdan səmərəli istifadə etmək üçün ölkə Prezidenti tərəfindən təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası növbəti proqramların qəbulunu zərurətə çevirir. Həyata keçirilən bütün bu ardıcıl tədbirlər nəticəsində Azərbaycan hazırda dünya miqyasında  iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə kimi tanınır və nüfuz qazanır.  2004-cü ildən  bu günə qədər ümumi daxili məhsulun 3 dəfədən çox artması möhtərəm Prezidentimizin  rəhbərliyi ilə həyata keçirilən təkmil iqtisadi və sosial islahatların nəticəsidir. Məhz aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına  yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız isə 52 milyard dollara çatıb. Bu illər ərzində iki milyondan artıq yeni iş yeri yaradılıb.

Cari ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də qənaətbəxşdir. Baxmayaraq ki, dünyanı bürüyən pandemiyanın mənfi təsirləri Azərbaycan iqtisadiyyatından da yan keçməyib, dövlət başçısının siyasi iradəsi və qətiyyəti ilə görülən qabaqlayıcı tədbirlər sayəsində qətiyyətlə demək olar ki, COVID-19-un Azərbaycan iqtisadiyyatına və sosial həyatına təsiri minumum həddədir.»    Bu fikirləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli  Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bölgələrdə görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq  işlərindən geniş bəhs edərək bu fikri xüsusi vurğulayıb ki, bölgələrdə görülən işlərin mənbəyində xalqın iradəsi dayanır. Artıq  regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü  Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtib edilməsində yerlərdən gələn təkliflər əsas yer tutur. Məhz cənab Prezident bütün bunları əsas götürərək yerli icra hakimiyyəti orqanları qarşısında belə bir təxirəsalınmaz vəzifə qoymuşdur:«... bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısını».

«Dövlətimizin başçısı İlham Əliyev daim  dövlət məmurlarını xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa,  inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir» söyləyən V.Rəhimzadə bildirib ki, ölkə Prezidenti bu  məqamı da xüsusi vurğulayır ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Baş redaktor  vurğulayıb ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi   fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda da bu məsələyə xüsusi diqqət yönəltmişdir:«Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin.»

Vüqar Rəhimzadə bildirib ki,  neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Azərbaycanda  çox böyük sahibkarlar sinfi formalaşıb. Cənab İlham Əliyev qeyd olunan qəbulda bu məsələyə  diqqət yönəltdi,   qarşıya qoyulan tapşırıqlar sırasında yerli sahibkarlarda sərmayələrin yatırılması ilə bağlı inam hissinin formalaşdırılmasının əsas yer tutduğunu önə çəkərək  onlara yeni iş yerlərinin yaradılmasına və rayonların inkişafına töhfələr  verməyə  çağırışlar olunmasının vacibliyini bildirdi: «Bir sözlə,  sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında  özünü göstərməlidir.»

«Cənab İlham Əliyev bölgələrdə gedən işləri daim  nəzarətdə  saxladığnı,  çoxsaylı səfərlərində məqsədin görülmüş işlərin icrası ilə yaxından tanış olmaq,  insanları narahat edən problemləri onların özündən  eşitmək və bunları həll etmək olduğunu xüsusi vurğuladı» söyləyən V.Rəhimzadə bildirib ki, məhz bu diqqət və qayğının sayəsində Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Regionlar  arasında sağlam rəqabət hər kəsdə ruh yüksəkliyi yaradır. Bu gün  ən ucqar kəndlərdə belə  müasir  infrastruktur yaradılıb. Cənab İlham Əliyevin «İnsanlar görülən işlərdən razı olmalıdırlar» çağırışı bir daha  bu reallığı təsdiqləyir ki, Azərbaycanda  vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir, eyni zamanda, ölkə Prezidenti hər bir vətəndaşının yanındadır. 

Baş redaktor Azərbaycanın yeniləşdiyini, müasirləşdiyini xüsusi önə çəkərək, yeni kadrların bu uğurların davamlılığına öz töhfələrini verəcəklərinə əminliyini böyük inam hissi ilə qeyd edir: «Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır. Ölkəmizdə  həyata keçirilən inkişaf siyasətinin mərkəzində  şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi  dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin idarəçiliyində vətəndaş məmnunluğunun artırılması, onları narazı salan halların aradan qaldırılması, insanların dövlət strukturlarına müraciətlərinə  ədalətli münasibətin ortaya qoyulması əsas yer tutur. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlətimizin başçısı İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən inkişaf  strategiyasının əsasıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bir daha bu məqamı diqqətə çatdırmışdır ki,  ədalət əsas prinsip olmalıdır. İnsanların inamı, əhval-ruhiyyəsi bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır».



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ