Ağstafalı Aqrar Universitet tələbəsi Elcan Quliyevin Prezident Əliyevə məktubundan bir məqam... təhsilhaqqımın ödənilməsindəki dəstəyiniz...

Aztəminatlı ailələrin övladlarının təhsilhaqqı xərclərinin dövlət hesabına ödənilməsi belə ailələrdən olan tələbələr tərəfindən təqdir edilir.
Ağstafa rayonundan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Elcan Quliyev Prezident İlham Əliyevə yazdığı məktubda pandemiya dövründə vətəndaşların hərtərəfli qayğısına qaldığına görə Prezidentə təşəkkür edir. “Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir...
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsilhaqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm” - deyə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi öz məktubunda bildirir.
Baki-xeber.com