07/08/2020 05:09
728 x 90

Daşkəsənin Xoşbulağından gələn məktub müəllifi Prezidentin minlərlə ailəyə 190 manat yardımını belə dəyərləndirdi...

img

Daşkəsən rayonunun Xoşbulaq kəndindən Əvəz İsgəndərov da Prezident İlham Əliyevə məktub yazıb. Xoşbulaq kənd sakini məktubunda ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi qayğı və diqqətdən məmnun qaldıqlarını qeyd edir.

“Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus pandemiyası dövründə xalqımızın sağlamlığının qorunması, həmçinin, insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr bizim çətin günlərdə tək olmadığımızı göstərdi” - deyə Ə.İsgəndərov məktubunda vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər