02/07/2020 22:15
728 x 90

Sumqayıtlı şəhid anası Piriyeva Gülüzar xanım Prezidentin hansı addımlarından təsəlli tapır...

img

Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bu qəbildən olan ailələrin sosial rifahının, mənəvi rahatlığının təmin edilməsində əsas rollardan birini oynayır.

Sumqayıt şəhərindən şəhid anası Piriyeva Gülüzar Tapdıq qızı Prezident İlham Əliyevə müraciətində göstərdiyi həssas münasibətə görə ölkə başçısına minnətdarlığını bildirir: “Mən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən” - deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq”.

Baki-xeber.com

Son xəbərlər