12/07/2020 10:30
728 x 90

Quba sakini iş yerində narkotik becərirdi... İsmayıllıda isə qonşular... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində  M.Ağayev saxlanıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanıb. Saxlanan şəxsin rayonun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qr narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülüb. E.Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.

Araşdırma zamanı E.Paşayevin bundan əlavə qonşusu, şəhər sakini Əlmurad  Bəkirovla əlbir olaraq, Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər