çərşənbə günü, 28 oktyabr 2026
     

Sosial sığorta gələcək pensiya təminatımızdır

Image


İşçinin əməyinin dəyərinin bir hissəsi olan və sosial risqlərdən sığortalanma məqsədilə fondlaşdırılan sosial sığortanı vergidən fərqləndirən başlıca cəhət də məhz bu amildir
Hər birimiz bu günün qayğıları ilə yaşayıb nəfəs alsaq da, gözəl xəyallar qurarkən, istər-istəməz, gələcəyimizə nəzər yetirməli oluruq. İnanmaq istəyirik ki, o gələcəkdə bizi firavan, maddi qayğılardan uzaq bir yaşam tərzi gözləyir. Xəyal etmək çox gözəldir, əslində isə təsəvvürümüzdə canlandırdığımız xoş gələcəyin, yəni sosial baxımdan rahat ömür sürə biləcəyimiz sabahların mövcudluğu özümüzdən, bugünkü fəaliyyətimizdən, fəallığımızdan asılıdır.
Azərbaycanda beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi hər bir vətəndaşa sosial baxımdan öz etibarlı gələcəyini indidən təmin etməyə geniş imkanlar yaradır. Belə ki, 2003-cü ildən indiyədək həyata keçirilən islahatlarla ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.

Pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri...

Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi, sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir. 2014-cü ilin nəticələrinə əsasən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manat olmaqla ölkə üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Qeyd edək ki, Azərbaycanda pensiya təminatının yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması istiqamətində sığorta-pensiya islahatlarına start verilib.
Hökumət "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nı hazırlayıb və bu sənəd ölkə başçısı İlham Əliyevin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilib. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri də məhz bu konsepsiyada əksini tapıb. Həmin konsepsiyaya uyğun olaraq, inkişaf etmiş ölkələrin təcrübəsində geniş yayılmış özəl pensiya fondları Azərbaycanda da yaradılacaq. Bunun üçün özəl pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının olması əsas şərtdir. Çünki bu fondlar vətəndaşların könüllülük əsasında ödədikləri sosial sığorta haqlarının xüsusi hesablarda formalaşdırılması, sonradan maliyyə bazarında yerləşdirilərək gəlir əldə olunması və vətəndaşlar pensiyaya çıxdıqda həmin vəsaitlər hesabına qeyri-dövlət pensiyalarının təmin edilməsini nəzərdə tutur.

Sosial sığortanın vergidən üstünlüyü nədir?

Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risqlərdən sığortalanma məqsədilə fondlaşdırılır. DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimovun sözlərinə görə, işçinin əməyinin dəyəri təkcə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əməkhaqqına üstəlik adlandırılır və əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir: "Təəssüf hissilə deyim ki, əksər hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir".
Şöbə müdiri onu da vurğulayıb ki, ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Gələcək pensiya təminatında başlıca amillər...

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, dövlət strukturlarında sığorta haqlarının zəif yığılmasının səbəbi Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların ictimai xərcləmələrə və sığorta sisteminə inamının itməsi ilə bağlıdır. Ona görə də bu istiqamətdə fəaliyyət göstərən dövlət strukturları sığorta haqlarının yığılması sahəsində ciddi çətinliklərlə üzləşir: "Çünki sosial sığorta ödəmələrində əsas məsələ vətəndaşların ortaya qoyduğu mövqedir. Ona görə də vətəndaşı inandırmaq lazımdır ki, həqiqətən də ödənilən vəsaitlər hansısa formada vətəndaşın həyatına sirayət edir və onun rifahının yaxşılaşdırılmasına xidmət edir. Heç şübhəsiz ki, bu problemin aradan qaldırılması məqsədilə dövlət idarəetməsində, ictimai vəsaitlərin xərclənməsində şəffaflığın artırılması və korrupsiya hallarının aradan qaldırılması istiqamətində tədbirlərin ortaya qoyulması zaman-zaman vətəndaşların bu sahəyə inamını artıra bilər. Qanunvericilikdə, xüsusilə sığorta sistemində təkmilləşmə aparmaqla vətəndaşların gələcək pensiya təminatını möhkəmlətməklə onları inandırmaq olar ki, bu gün ödənilən vəsaitlər itmir, əksinə, həmin vəsait növbəti mərhələlərdə hansısa formada sizin həyat tərzinizin yaxşılaşdırılmasında böyük rol oynayacaq. Həmin vəsaitlər istər əmək fəaliyyəti itirildikdə, istərsə də yaş həddi ilə əlaqədar əmək fəaliyyətinizi dayandırdıqdan sonra sizə, sözün həqiqi mənasında, dəstək olacaq. Bir çox hallarda vətəndaşlar sosial sığorta anlayışı ilə vergi anlayışı arasında qarışıqlıq salır. Belə ki, vətəndaşlar hər iki halda ödədikləri vəsaiti məcburi ödəniş kimi qəbul edir. Təbii ki, sosial sığortanın məcburi ödənilən hissəsi var və bu ödəniş dövlət tərəfindən tənzimlənir".

Vətəndaşın ödədiyi vəsaitin 100 faizi onun təqaüdündə öz əksini tapacaq

V.Bayramov onu da bildirdi ki, vətəndaş sosial sığorta ilə vergi arasındakı fərqi, incə bir nüansı dərk etməlidir. Vətəndaş bilməlidir ki, vergi birbaşa olaraq vətəndaşa qaytarılmayan ödəmədirsə, sosial sığorta isə vətəndaşlara təqaüdlər verilən zaman ona qayıdan vəsaitdir. Yəni vətəndaş vergi ödənişlərinin təsirini özündə hiss etmir, sosial sığorta ödəmələrinin müsbət nəticələrini isə birbaşa öz üzərində hiss edir. Əlavə olaraq ölkədə sosial sığorta sisteminin təkmilləşdirilməsi və pensiya təminatının inkişaf etdirilməsi məqsədilə Dövlət Proqramı həyata keçirilir: "Qanunvericiliyə görə, hazırda ödənilən sosial sığorta məcburi xarakter daşıyır və ödənilən sığorta məbləğinin 50 faizi DSMF-nin saxlanması xərclərinə və digər istiqamətlərə yönəldilirsə, 50 faizi tam olaraq vətəndaşın gələcəkdə alacağı təqaüdün formalaşmasında özünü göstərir. Hesab olunur ki, gələcək sosial sığorta islahatları nəticəsində vətəndaşın ödədiyi vəsaitin 100 faizi onun təqaüdündə əksini tapacaq. Bu isə o deməkdir ki, vətəndaşın ödədiyi sosial sığorta haqqı heç bir kənar xərclərə sərf edilmədən birbaşa onun rifahına yönəldilir".

DSMF-nin büdcəsinin artımı pensiyaçıların sosial təminatını daha da gücləndirəcək

İqtisadçının sözlərinə görə, islahatların əsas məqsədlərindən biri də dövlət büdcəsindən maliyyə asılılığını azaltmaq, sığorta-pensiya sisteminin maliyyə təminatını gücləndirməkdir: "DSMF-nin 2014-cü il üçün xərcləri 3 milyarda yaxın olub. Bu əvvəlki illə müqayisədə ciddi artım deməkdir. 2006-cı ildən bu xərclər 5 dəfə artıb. Yəni pensiya fondunun büdcəsi 5 dəfə, amma büdcədən pensiya üçün ayrılan vəsait 6,8 dəfə artıb. Başqa sözlə, 2 milyard 928 milyon manatın 1 milyard 142 milyon manatı büdcədən ayırmaların hesabına düşür. Bu isə o deməkdir ki, pensiya üçün ödənilən hər 100 manatın 39 manatı dövlət büdcəsindən ödənilir. Bu da dövlət büdcəsindən asılılığın yüksək olmasını göstərir. Konsepsiya DSMF büdcəsinin artımı ilə yanaşı, dövlət büdcəsindən pensiyaların verilməsi üçün ayrılan vəsaitin azaldılmasını hədəf kimi qarşıya qoyur. Büdcədən bu sahəyə ayırmaların qısamüddətli dövrdə 30%, ortamüddətli dövrdə 20%, daha sonra isə birrəqəmli həddə endirilməsi planlaşdırılır".

Fərdi hesablarımızda toplanan vəsait sabahkı firəvan həyatımızın ən etibarlı qarantıdır

Hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəgötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanmasında, əməkhaqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əməkhaqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

Sözardı

Sonda bunu da qeyd edək ki, Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. Gələcəkdə isə bu təminatın daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun KİV üçün elan etdiyi "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ