çərşənbə günü, 28 oktyabr 2026
     

Avronun mövqeyində yeni sarsıntılar başladı

Image


Avrozona dövlətlərinin maliyyə nazirlərinin Yunanıstanla bağlı keçirdiyi toplantı ərəfəsində dəyərdən düşən Avropanın vahid valyutası yenə ciddi məzənnə itkisinə məruz qalmaqdadır. "İslahat müqabilində pul" adı verilən toplantıda heç bir nəticənin hasil olunmaması Yunanıstanın avrozonadan çıxması ehtimalını artırıb. Belə vəziyyət, gözlənildiyi kimi, avronun məzənnə itkisini yenidən sürətləndirib.
Qeyd edək ki, Yunanıstan artıq Beynəlxalq Valyuta Fonduna (BVF) 750 milyon avro pul ödəməlidir. Lakin bunun üçün ölkənin pulu yoxdur. Ölkə iflasa uğramaq və avrozonadan çıxmaq təhlükəsi ilə üz-üzədir. Belə vəziyyətdə avro dollar və digər bir sıra valyutalar qarşısında geriləməkdə davam edir. Yunanıstanın maliyyə naziri Yanis Varoufakis Beynəlxalq Valyuta Fonduna lazımi ödəmələri sabah edəcəklərini söyləsə də, onlara əlavə möhlət verilməsini istəyir. Lakin kreditorlar bununla razılaşmır. Elə bu səbəbdən avrozonanın maliyyə nazirlərinin toplantısı nəticəsiz başa çatıb. Nazirlər Yunanıstanın islahatlar mövzusundakı hazırlıqlarının kifayət etmədiyini açıqlayıblar. Maliyyə nazirlərinin birgə bəyanatında Yunanıstanın maliyyə qurumları ilə razılığa gəlməsi halında bu ölkəyə yenidən kreditin veriləcəyi qeyd edilib. Yunanıstanın maliyyə naziri məsələ ilə bağlı verdiyi açıqlamada yeni kreditin alınmaması halında bir neçə həftə ərzində ölkəsinin pulsuz qalacağı xəbərdarlığını edib. Bütün bunlar investorların avroya inamını sarsıdır. Bu da, öz növbəsində, avronu sürətlə dəyərdən salır.
Almaniyanın ən iri banklarından olan "Deutsche Bank" ABŞ dollarının dünyanın avro qraşısında yenidən möhkəmlənmə mərhələsinə daxil olacağını qeyd edib. "Deutsche Bank" iqtisadçıları ilin sonuna qədər avro-dollar məzənnəsinin paritetə çatacağını proqnozlaşdırır. Almaniyalı ekspertlər qeyd edir ki, ABŞ-da yaxın gələcəkdə uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilər də dollara olan tələbatı artıracaq. Lakin Yaponiyanın ən böyük banklarından olan "Nomura Bank" isə bildirir ki, hazırda avrozonada qiymətli kağızların mənfi gəlirliliyi avro üzərində gərginlik yaratsa da, avro dollardan sonra dünyanın ikinci ehtiyat valyutası statusunu qoruyacaq. Bank təhlilçilərinin proqnozlarına görə, Avropa ölkələri, bu qitə ilə sıx ticarət əlaqələri olan Yaxın Şərq və Afrika ölkələrinin mərkəzi bankları, böyük ehtimalla, öz ehtiyat portfellərində avronun payını azaltmayacaq. Bu da dünya miqyasında avro ehtiyatlarının azalmasının qarşısını alacaq. Bank təhlilçiləri hesab edir ki, avro-dollar məzənnəsinin paritetə çatması üçün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətini sərtləşdirməsi zəruridir. Bununla yanaşı qeyd olunur ki, FES uçot dərəcəsinin artırılmasını daha aqressiv şəkildə həyata keçirərsə, avro dollara bərabərləşə bilər. Qeyd edək ki, hazırda FES-in faizləri ümumiyyətlə artırıb-artırmaması məsələsi müzakirə olunur. Gözlənir ki, ilin ikinci yarısında FES uçot dərəcəsinin artırılmasına dair qərar qəbul etsin. Bu da dollara tələbi artıracaq və avronu ucuzlaşdıracaq. Təbii ki, bütün bunlar ölkəmizə də təsirsiz ötüşməyəcək. Əvvəla, avronun ucuzlaşması manata təzyiqi artıracaq. Digər tərəfdən, bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Bu da Azərbaycandan Avropanın daşınmaz əmlak bazarına pul axını deməkdir.
Lakin ucuzlaşmanın əsas təsiri Avropadan Azərbaycana gələn malların qiymətlərində müşahidə olunacaq. Yəni belə vəziyyət artıq Avropadan daha çox məhsulun Azərbaycana gətirilməsi deməkdir. Avropa İttifaqına ixracatında Azərbaycan məhsullarının bahalaşması səbəbindən isə müəyyən çətinliklər olacaq. Eyni zamanda, Azərbaycanın Avropa ilə ixracatı, avronun ucuzlaşması dövlət rezervlərinə də təsir göstərir. Dövlət rezervlərinin təxminən 30 faizi avroda saxlanır. Onu da nəzərə alaq ki, Dövlət Neft Fondunun malik olduğu qiymətli kağızların 40 faizdən artığı avrozonanın payına düşür. Düzdür, Neft Fondu risqləri sığortalamaq üçün vəsaitlərin bir qismini dollarda saxlayır və dolların səbətdə payı avro ilə müqayisədə daha çoxdur. Bundan əlavə, avronun bütövlükdə valyuta səbətində payının 30 faizə yaxın olması avro ilə saxlanan vəsaitlərin dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Avro nə qədər məzənnə itirəcəksə, dövlət rezervlərinin avroda saxlanan hissəsi, praktik olaraq, o qədər azalacaq. Ona görə də, avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə Azərbaycan üçün əlverişli deyil. Bu, həm dövlət rezervlərinin azalması, həm də Avropaya ixracın artması fonunda Azərbaycan istisadiyyatına neqativ təsir göstərir. Hələlik isə ekspertlər bildirir ki, avronun ucuzlaşması uzun müddət davam edə bilər. Çünki müvafiq proqram çərçivəsində Avropa Mərkəzi Bankı tərəfindən hər ay dövriyyəyə 60 milyard avro buraxılır və həmin pula dövlət və özəl qiymətli kağızların alınması həyata keçirilir. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə saxlamaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla da bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ