Bazar günü günü, 10 may 2026
     

Qan yad­da­şı­mız­dan si­lin­mə­yə­cək Xo­ca­lı soy­qı­rı­mı...

Image


Xan­kən­di ilə Əs­gə­ran ara­sın­da yer­lə­şən Xo­ca­lı Dağ­lıq Qa­ra­bağ­da Şu­şa­dan son­ra azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı ikin­ci bö­yük ya­şa­yış mər­kə­zi idi. 1990-cı il­də şə­hər sta­tu­su al­mış­dı. Dağ­lıq Qa­ra­bağ­da­kı ye­ga­nə Ha­va li­ma­nı Xo­ca­lı­da yer­lə­şir­di.

Er­mə­ni si­lah­lı qüv­və­lə­ri Xo­ca­lı şə­hə­ri­nə ge­cə sa­at 22:00 ra­də­lə­rin­də qul­dur­ca­sı­na hü­cum edib, əv­vəl­cə şə­hə­ri şid­dət­li ar­til­le­ri­ya atə­şi­nə tu­tub, son­ra isə çox­say­lı tanklar və zi­reh­li ma­şın­lar va­si­tə­si­lə şə­hə­rə da­xil olub, ev­lə­rin­də ya­tan dinc əha­li­ni vəh­şi­cə­si­nə məhv et­mə­yə baş­la­yıb­lar.

Vəh­şi­lə­şən er­mə­ni­lər azər­bay­can­lı­la­rı xü­su­si aman­sız­lıq­la iş­gən­cə ve­rə­rək öl­dü­rür­dü­lər. On­lar mü­ha­si­rə­dən çı­xıb qa­çan azər­bay­can­lı­la­rı da yol­lar­da, ke­çid­lər­də, me­şə­lər­də pus­qu qu­ra­raq tu­tur, vəh­şi­cə­si­nə məhv edir­di­lər.

Bu gün Xo­ca­lı ad­lı bir şə­hər yox­dur, çün­ki 26 fev­ral 1992-ci il­də bu­ra­da ya­şa­yan­lar soy­qı­rı­ma mə­ruz qa­lıb, bu şə­hər er­mə­ni daş­nak­la­rı tə­rə­fin­dən yan­dı­rı­lıb, yer üzün­dən si­li­nib. Bu mə­sə­lə­yə bey­nəl­xalq hü­quq ba­xı­mın­dan ya­na­şan­da Xo­ca­lı­da tö­rə­di­lən soy­qı­rım rəs­mən or­ta­ya çı­xır.

Bi­lin­di­yi ki­mi, Azər­bay­can Mil­li Məc­li­si Xo­ca­lı­da er­mə­ni­lər tə­rə­fin­dən tö­rə­di­lən­lə­ri 1994-cü il­də soy­qı­rım ola­raq qə­bul edib və qə­rar çı­xa­rıb. Heç şüb­hə­siz, türk döv­lət­lə­ri­nin par­la­mentlə­ri də be­lə bir qə­ra­rı qə­bul et­mə­li­dir­lər. Bu on­la­rın bor­cu­dur. Doğ­ru­dur, An­ka­ra Ke­çi­ö­ren bə­lə­diy­yə­si be­lə bir qə­rar çı­xa­rıb və bir abi­də tik­di­rib. Bu, Türk dün­ya­sın­da­kı bü­tün bə­lə­diy­yə­lə­rə bir nü­mu­nə ol­ma­lı­dır. Tür­ki­yə, Azər­bay­can və dün­ya­nın bir çox böl­gə­sin­də ya­şa­yan türklər cəm ha­lın­da "La­hey Əda­lət Di­va­nın­da" ci­na­yət işi­nin qal­dı­rıl­ma­sı­na səy gös­tər­mə­li­dir­lər.                                                                                                                                                             

Heç şüb­hə­siz, ilk növ­bə­də Tür­ki­yə və Azər­bay­can döv­lət­lə­ri Xo­ca­lı soy­qı­rı­mı­nı təb­liğ edən bir­gə təş­ki­lat­lar ya­rat­ma­lı, yal­nız Ana­do­lu və Azər­bay­can türkcə­sin­də de­yil, in­gi­lis­cə, fran­sız­ca və bü­tün Qərb dil­lə­rin­də, elə­cə də rus, fars və ərəb dil­lə­rin­də ya­yım­lar or­ta­ya qoy­ma­lı­dır­lar. Bu da bir hə­qi­qət­dir ki, döv­rü­müz­də in­for­ma­si­ya əsas ro­lu oy­na­maq­da­dır. Ona gö­rə də bu im­kan­dan is­ti­fa­də edil­mə­li­dir.

Azər­bay­can Mil­li Məc­li­si fev­ra­lın 26-nı Xo­ca­lı soy­qı­rı­mı gü­nü elan edib, hər il fev­ra­lın 26-da Xo­ca­lı soy­qı­rı­mı­nı an­ma təd­bir­lə­ri ke­çi­rir. Bu təd­bir­lə­ri bü­tün Türk dün­ya­sı ke­çir­mə­li, er­mə­ni­lə­rin kim­li­yi­ni bü­tün dün­ya­ya yay­ma­lı­dır.

Bü­tün dün­ya­nın gö­zü qar­şı­sın­da tö­rə­di­lən bu qət­li­a­ma BMT, AB ki­mi bey­nəl­xalq təş­ki­lat­lar la­zım olan qiy­mə­ti ver­mə­yib. Doğ­ru­dur, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı yed­di ay ər­zin­də dörd də­fə(!) - 822, 853, 874 və 884 say­lı qət­na­mə­lər çı­xa­rıb. Am­ma dün­ya­nın ən mö­tə­bər təş­ki­la­tı­nın çı­xar­dı­ğı bu qət­na­mə­lər hə­lə də hə­ya­ta keç­mə­yib. Azər­bay­can tor­paq­la­rı hə­lə də er­mə­ni­lər tə­rə­fin­dən iş­ğal al­tın­da qal­maq­da da­vam edir. Dün­ya­nın ən gö­zəl böl­gə­lə­rin­dən bi­ri olan Qa­ra­bağ böl­gə­si qa­ni­çən er­mə­ni daş­nak­la­rı­nın tap­da­ğı al­tın­da qal­maq­da da­vam edir, dün­ya­nın ən gö­zəl nöq­tə­lə­rin­dən bi­ri olan gö­zə­lim Şu­şa bu hay­dut­la­rın tap­da­ğı al­tın­da in­lə­mə­yə da­vam edir, güc­lü döv­lət­lər baş­da ol­maq­la bü­tün dün­ya ic­ti­ma­iy­yə­ti dis bu gö­zəl böl­gə­nin er­mə­ni­lər tə­rə­fin­dən yan­dı­rı­lıb-ya­xıl­ma­sı­na bi­ga­nə qa­lır. Av­ro­pa Şu­ra­sı 25 yan­var 2005-ci il ta­rix­li 1416 say­lı qət­na­mə­sin­də Er­mə­nis­ta­nın Azər­bay­can tor­paq­la­rı­nı hə­lə də iş­ğal al­tın­da sax­la­dı­ğı­nı qeyd edib. Bu ha­di­sə­lə­rə seyrçi qa­lan BMT və Qərb döv­lət­lə­ri er­mə­ni­lə­rin tö­rət­di­yi qət­li­am­la­ra və iş­ğal hə­rə­kət­lə­ri­nə cid­di re­ak­si­ya gös­tər­mir. İn­gi­lis hö­ku­mə­ti Xo­ca­lı qət­li­a­mı­nı hər­tə­rəf­li in­cə­lə­yib, er­mə­ni­lə­rin tö­rət­di­yi qət­li­a­mı in­san­lı­ğa qar­şı tö­rə­di­lən bir ci­na­yət ola­raq qə­bul edib, fə­qət bu ci­na­yə­ti tö­rə­dən­lə­rin cə­za­lan­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də heç bir ad­dım at­ma­yıb. ABŞ Konqre­si­nin Bey­nəl­xalq Əla­qə­lər Ko­mis­si­ya­sı­nın üz­vü dr.Bar­ton konqre­si Xo­ca­lı soy­qı­rı­mı­nı ta­nı­ma­ğa ça­ğı­rıb və təm­sil­çi­lər qu­ru­lu­şu­nun ic­la­sın­da­kı çı­xı­şın­da ABŞ Konqre­si Xo­ca­lı soy­qı­rı­mı­nı ta­nı­maq­la bey­nəl­xalq cə­miy­yə­tin uzun il­lər­dən bə­ri bu möv­zu ilə əla­qə­li səs­siz­li­yi­ni po­za­caq" - de­yib. Gö­rün­dü­yü ki­mi, yu­xa­rı­da qeyd et­dik­lə­ri­miz bə­zi rəs­mi şəxslər tə­rə­fin­dən söz­də ifa­də edi­lir, am­ma BMT-nin çı­xar­dı­ğı qə­rar­lar hə­lə də nə­ti­cə­siz qa­lır.

Bu da bir hə­qi­qət­dir ki, bey­nəl­xalq cə­miy­yət­lə­rin, xü­su­si­lə ABŞ-ın Xo­ca­lı fa­ci­ə­si ilə bağ­lı mə­lu­mat­lan­ma­sın­da Xo­ca­lı qır­ğı­nı baş­la­ma­dan bir ne­çə sa­at əv­vəl bir ver­tol­yot­la o böl­gə­nin xa­ri­ci­nə çı­xa bi­lən və gör­dük­lə­ri­ni ilk ola­raq dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­ran ame­ri­ka­lı ya­zı­çı-jur­na­list Tho­mas Qoltsın qeydlə­ri önəm­li yer tu­tur. Tho­mas Qolts yaz­dı­ğı "Azər­bay­can gün­də­li­yi" ad­lı ki­ta­bın­da Xo­ca­lı şə­hə­rin­də gör­dük­lə­ri­ni, ora­da olan Azər­bay­can or­du­su­nun ko­man­di­ri ilə da­nış­dıq­la­rı­nı, bü­tün xa­ti­rə­lə­ri­ni təf­si­la­tı ilə oxu­cu­la­ra çat­dı­rır. Onun qeydlə­ri­nə gö­rə, ora­da­kı ko­man­dir 45 nə­fər­lik bir hər­bi his­sə­yə rəh­bər­lik edir­miş, gün­də iki də­fə gə­lən bir ver­tol­yot­la an­caq öz­lə­ri­nə ça­ta­caq qə­dər mər­mi gə­ti­rir­miş. Əs­gər­lə­rin qi­da­la­rı yox de­yi­lə­cək qə­dər az, ac­lıq çox cid­di sə­viy­yə­lə­rə çat­mış və­ziy­yət­də olub. 18-20 nə­fər da­şı­ya bi­lə­cək güc­də olan ver­tol­yot hər gəl­di­yin­də 35-40 ada­mı qor­xu­lu böl­gə­dən çı­xa­rır­mış. Çün­ki qət­li­am "gə­li­rəm" de­yir, soy­qı­rım "gə­li­rəm" de­yir­miş.

Əf­sus­lar ol­sun ki, bu ağır fa­ciə dün­ya ic­ti­ma­iy­yə­tin­də la­zı­mi də­rə­cə­də əks-sə­da ya­rat­ma­yıb, de­mok­ra­ti­ya­dan dəm vu­ran döv­lət­lər bu fa­ci­ə­yə öz eti­raz səs­lə­ri­ni ucaltma­yıb. Ey­bə­cər şək­lə sa­lı­nan me­yit­lər ət­raf­da tö­kü­lüb qa­lır­dı. İnan­maq ol­mur­du ki, in­san be­lə vəh­şi­li­yə və al­çaq­lı­ğa qa­dir ola bi­lər. Ba­şı, bur­nu, qu­la­ğı kə­si­lən, gö­zü çı­xa­rı­lan me­yit­lər çox idi, bir çox me­yi­tin ba­şı­nın də­ri­si so­yul­muş­du. İn­san­lıq ta­ri­xin­də heç bir mil­lət, hət­ta fa­şistlər be­lə bu cür ci­na­yət­lər tö­rət­mə­yib. Be­lə qey­ri-in­sa­ni yır­tı­cı­lı­ğı an­caq bü­tün qa­nı, şü­u­ru ilə tür­kə nif­rət bəs­lə­yən er­mə­ni­lər edə bi­lər­di. Bu­na gö­rə də hə­min fa­ci­ə­nin bü­tün dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı və onun əsl soy­qı­rım ki­mi bey­nəl­xalq təş­ki­lat­lar­da qə­bul olun­ma­sı na­mi­nə soy­qı­rım haq­qın­da ye­ni-ye­ni əsər­lər yaz­maq Azər­bay­can elm adam­la­rı­nın üzə­ri­nə dü­şən bir və­zi­fə­dir. Doğ­ru­dur, bu möv­zu­da bə­zi iş­lər gö­rü­lüb, am­ma ye­nə də er­mə­ni­lə­rin bə­şər qa­nun­la­rı­na zidd ola­raq nə qə­dər bö­yük vəh­şi­lik­lər və qey­ri-in­sa­ni ci­na­yət­lər tö­rət­dik­lə­ri­ni və tö­rət­mə­yə da­vam et­dik­lə­ri­ni dö­nə-dö­nə ya­zıb dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq la­zım­dır.

Tö­rə­di­lən ci­na­yə­tin cə­za­sız qal­ma­sı ye­ni ci­na­yət­lə­rin tö­rə­dil­mə­si­nə rə­vac ve­rir. Bu gün Er­mə­nis­tan tə­rə­fin­dən qon­şu öl­kə­lə­rin tor­paq­la­rı­na göz di­kil­mə­si iş­ğal­çı Er­mə­nis­tan Res­pub­li­ka­sı ba­rə­sin­də bey­nəl­xalq aləm­də ya­ra­dı­lan cə­za­sız­lıq mü­hi­ti­nin nə­ti­cə­si­dir. Heç şüb­hə­siz, nə ta­ri­xi hə­qi­qət­lə­rə, nə də bu­gün­kü si­ya­si re­al­lıq­la­ra uy­ğun gə­lən, möv­cud bey­nəl­xalq hü­quq nor­ma­la­rı­nı ko­bud­ca­sı­na po­zan, bə­şə­ri əx­laq me­yar­la­rı­na zidd olan, az­ğın xə­yal­la­rı­nı ye­ri­nə ye­tir­mə­yə ça­lı­şan er­mə­ni­lə­rə qar­şı bey­nəl­xalq hü­quq nor­ma­la­rı tət­biq olun­ma­lı­dır. Yə­ni Er­mə­nis­tan tə­ca­vüz­kar döv­lət elan edil­mə­li, er­mə­ni si­lah­lı qüv­və­lə­ri Azər­bay­can əra­zi­lə­rin­dən qeyd-şərtsiz çı­xa­rıl­ma­lı, Xo­ca­lı soy­qı­rı­mı­nın iş­ti­rak­çı­la­rı R.Kö­çər­yan və S.Sar­kis­yan Yu­qos­la­vi­ya­nın keç­miş Döv­lət rəh­bə­ri S.Mi­lo­şe­viç ki­mi mü­ha­ki­mə olun­ma­lı, cə­za­lan­dı­rıl­ma­lı­dır.

Azər­bay­can tür­kü­nün ta­le­yi­nə ya­zı­lan aman­sız­lı­ğın bəl­kə də ən bi­rin­ci­si onun er­mə­ni­lər­lə qon­şu­luq­da ya­şa­ma­sı, öz əra­zi­sin­də, öz tor­pa­ğın­da bu na­mərdlə­rə yer ver­mə­si­dir. Ey Ək­rəm Əy­lis­li! Gör bü­tün dün­ya­da ta­nın­mış qə­ləm sa­hi­bi A.S.Puş­kin sə­nin tə­rif­lə­di­yin er­mə­ni­lər haq­qın­da nə­lər de­yib: "Ey er­mə­ni, sən vəh­şi­sən, qa­til­sən, ci­na­yət­kar­san, qor­xaq və sat­qın­san, şə­hər və kəndlə­ri vi­ran qo­yan bay­quş­san, bü­tün bun­la­ra bax­ma­ya­raq, sə­ni qı­na­mı­ram, çün­ki sən er­mə­ni­sən..."

Məhz be­lə bir mən­fur tə­bi­ə­tə ma­lik olan er­mə­ni­lər hə­mi­şə xal­qı­mı­za, türk mil­lə­ti­nə qar­şı müx­tə­lif soy­qı­rım­lar, ter­ror aktla­rı, rep­res­si­ya­lar hə­ya­ta ke­çi­rib­lər.

1992-ci il fev­ral ayı­nın 26-da er­mə­ni­lər tə­rə­fin­dən tö­rə­di­lən Xo­ca­lı fa­ci­ə­si Er­mə­nis­ta­nın türk mil­lə­ti­nə qar­şı ye­rit­di­yi soy­qı­rım si­ya­sə­ti­nin tər­kib his­sə­si­dir. Bu fa­ciə za­ma­nı şə­hid olan, əsir və gi­rov dü­şən, qət­lə ye­ti­ri­lən in­san­la­rın rə­qəm­lə ifa­də olu­nan si­ya­hı­sı­na ba­xan­da ada­mın var­lı­ğın­dan gi­zil­ti ke­çir. Len­tə kö­çü­rü­lən dəh­şət­li mə­qam­la­rı seyr et­mək müm­kün de­yil. Çün­ki tü­kür­pə­di­ci mən­zə­rə­lər ada­mın var­lı­ğı­na va­hi­mə gə­ti­rir. İn­san ad­la­nan bə­şər öv­la­dı bu də­rə­cə­də qəd­dar­lı­ğı ne­cə ba­ca­rır? Bu sə­bəb­dən də bə­şər ta­ri­xin­də heç bir xe­yir­xah əmə­lin sa­hi­bi ol­ma­yan er­mə­ni­lər haq­qın­da pis fi­kir­lər möv­cud­dur.

26 fev­ral 1992-ci il... 25 il­dir ki bu ta­rix XX əs­rin son onil­li­yi­nin kök­sün­də gü­nah­sız bir gün ola­raq qap­qa­ra qa­ra­lır. İn­san­lıq fa­ci­ə­lə­ri­nə bi­ga­nə qal­ma­yan­la­rın nə­zə­rin­də hə­min o gün də tə­ca­vüz qur­ba­nı­dır. İn­san­lı­ğı­nı iti­rib vəh­şi­lə­şən­lə­rin, kör­pə, ca­van, qo­ca qa­nı­na su­sa­mış­la­rın qa­ra əməl­lə­ri­ni hə­mi­şə ya­da sa­la­caq o gün. İn­san adı­nı xar edən, rüs­vay­çı­lıq sü­tu­nu­na sa­rıl­ma­lı bu ha­va­dar­lı cəl­lad­lar, tə­əs­süf­lər ol­sun ki, hə­lə də cə­za­sız qa­lır­lar. Bu boy­da dün­ya­da on­la­rın ya­xa­sın­dan tu­tub cəl­lad dam­ğa­sı ya­pış­dı­ran, la­yiq ol­duq­la­rı adı on­la­ra qo­yan, hə­lə ki, ta­pıl­mır. Axı şər şir­nik­lən­di­ril­dik­də əl-qol açar, za­man-za­man ye­ni­dən baş qal­dı­rar...

Hə­mi­şə gö­zü onun-bu­nun tor­pa­ğın­da olan, tez-tez əra­zi id­di­a­la­rı qal­dı­ran və bu­nun na­mi­nə hər cür ci­na­yə­tə qan­lı im­za atan­la­rın ün­va­nı və hi­ma­yə­çi­lə­ri çox­dan bəl­li­dir. On­la­rın iz­lə­ri düş­dü­yü yer­lər­dən si­lin­mə­yib. Xo­ca­lı xa­ra­ba­lıq­la­rı on­la­rın av­toq­ra­fı­dır.

İyir­mi beş il bun­dan əv­vəl 26 fev­ral gü­nü dün­ya sə­viy­yə­li adam­lar­dan səs çıx­ma­dı. On­lar heç nə ol­ma­yıb­mış ki­mi sus­ma­ğa us­tün­lük ver­di­lər. Dün­ya bi­ga­nə­lik xəs­tə­li­yi­nə, bə­şər unut­qan­lıq mə­rə­zi­nə tu­tul­ma­sın gə­rək. Yan­dı­rı­lan, yer­lə yek­san edi­lən Xo­ca­lı­nın ahı iyir­mi beş il­dir göy­lə­ri do­la­şır. Ba­şı kə­si­lən qo­ca­la­rın, gül­lə­lə­nən, tə­ca­vü­zə uğ­ra­yan qa­dın­la­rın, qa­nı­na qəl­tan edi­lən kör­pə­lə­rin haq­qı hə­lə də yer­də qa­lır. Dil­siz-ağız­sız kör­pə­lə­rə top­lar­dan, tanklar­dan atəş açan­lar hə­lə də qor­xu­suz-ür­kü­süz yer üs­tün­də gə­zib-do­la­şır­lar. Xo­ca­lı­da göy­lə­rə di­rə­nən ah-na­lə yer üzün­dən heç vaxt si­lin­mə­yə­cək, ən azı bə­şər ta­ri­xi­nin sə­hi­fə­lə­ri­nə çö­küb qa­la­caq. Bu şə­hər­də gül­lə ya­ğı­şı­na tuş gə­lən kör­pə­lər boy atıb bö­yü­mək, ya­şa­maq is­tə­mir­di­lər­mi? Ey Ək­rəm Əy­lis­li! Sən bu işə ne­cə ba­xır­san? On­lar nə üçün do­ğul­muş­du­lar? İn­san­lıq si­ma­sı­nı büs­bü­tün iti­rən cəl­lad er­mə­ni gül­lə­lə­ri­ni zə­rif bə­dən­lə­rin­də so­yut­maq üçün­mü? O kör­pə­lə­ri, uşaq­la­rı unut­maq­mı olar? Kü­lə dön­müş Xo­ca­lı­nı yad­dan çı­xar­maq müm­kün­dür­mü? Ya­ğı gül­lə­si­nə tuş gə­lən heç bir in­sa­nı­mı­zı unut­ma­ğa haq­qı­mız yox­dur! On­la­rın xa­ti­rə­si bi­zi, nə­yin ba­ha­sı­na olur­sa ol­sun, tor­paq­la­rı­mı­zın hər qa­rı­şı­nı ge­ri al­ma­ğa səs­lə­yir. Biz on­la­rın göy­lə­ri­miz­də do­la­şan ha­ra­yı­nı eşit­mə­li, in­cik ruh­la­rı­nı se­vin­dir­mə­li­yik.

He­sab edi­rəm, Xo­ca­lı fa­ci­ə­si Azər­bay­can tür­kü­nün ba­şı­na gə­ti­ri­lən o qə­dər dəh­şət­li bir fa­ci­ə­dir ki, onun haq­qın­da hə­mi­şə da­nı­şıl­ma­lı və bu möv­zu dün­ya ic­ti­ma­iy­yə­ti­nin gün­də­min­də tu­tul­ma­lı­dır. Mə­sum in­san­la­rın vəh­şi­cə­si­nə qətl edil­dik­lə­ri ci­na­yət­lə­rin is­ba­tı­nı or­ta­ya qo­yan rəs­mi sə­nəd­lər, len­tə çə­ki­lən gö­rün­tü­lər be­lə var ikən Xo­ca­lı fa­ci­ə­si­nin unu­dul­ma­sı­na im­kan ve­ril­mə­mə­li­dir. Tə­əs­süf­lər ol­sun ki, iyir­mi beş il keç­mə­si­nə bax­ma­ya­raq, bu fa­ci­ə­nin dəh­şət­lə­ri bey­nəl­xalq aləm­də, dün­ya ic­ti­ma­iy­yə­ti­nin rə­yin­də özü­nün hə­qi­qi və la­yiq­li qiy­mə­ti­ni ala bil­mə­yib. Be­lə bi­ga­nə­lik həm də onun­la təh­lü­kə­li­dir ki, bə­şə­riy­yə­tə qar­şı çev­ri­lən bu ki­mi fə­la­kət­lə­rin bun­dan son­ra da baş ver­mə­si­nə zə­min ya­ra­dır. Yə­ni fa­ci­ə­ni tö­rə­dən ca­ni­lə­rin cə­za­sız qal­ma­la­rı, in­san sev­gi­sin­dən uzaq olan və mən­fə­ət ar­dın­ca qa­çan mil­lət­lə­ri ye­ni-ye­ni ci­na­yət­lər tö­rət­mə­yə sövq edir.

Heç şüb­hə­siz, Türk mil­lə­ti­nə qar­şı yö­nəl­di­lən bu məq­səd­yön­lü soy­qı­rım si­ya­sə­ti in­san­lıq və bə­şə­riy­yət ta­ri­xin­də qa­ra bir lə­kə ki­mi qa­la­caq. XX əs­rin ən bö­yük fa­ci­ə­lə­rin­dən olan Xo­ca­lı soy­qı­rı­mı­nın bü­tün dün­ya­da tö­rə­di­lən ən bö­yük ci­na­yət­lər­dən bi­ri ol­du­ğu və er­mə­ni qəsbkar­la­rın vəh­şi­lik­lə­ri bey­nəl­xalq alə­mə bil­di­ril­mə­li, dün­ya ic­ti­ma­iy­yə­ti­nin diq­qə­ti bu mə­sə­lə­yə cəlb edil­mə­li, Xo­ca­lı vəh­şə­ti­nin dün­ya döv­lət­lə­ri və bey­nəl­xalq qu­ru­luş­lar tə­rə­fin­dən soy­qı­rım ola­raq ta­nın­ma­sı üçün la­zım olan ad­dım­lar atıl­ma­lı­dır.

BMT-nin soy­qı­rım haq­qın­da 96(1) say­lı qə­ra­rı­na gö­rə, soy­qı­rım in­san qrup­la­rı­na ya­şa­ma haq­qı ta­nı­ma­maq­dır. Be­lə­lik­lə, han­sı sə­bəb­lə, za­man­da və yer­də olur­sa ol­sun, cid­di say­da in­san ölü­mü soy­qı­rım ci­na­yə­ti sa­yı­lır. Yə­ni er­mə­ni­lə­rin Xo­ca­lı­da dinc əha­li­yə qar­şı tö­rət­di­yi qır­ğın tam mə­na­sı ilə soy­qı­rım­dır və BMT soy­qı­rım haq­qın­da 96(1) say­lı qə­ra­rı­na əsas­la­na­raq Xo­ca­lı soy­qı­rı­mı­nı qə­ra­ra bağ­la­ma­lı­dır!

Rəs­mi mə­lu­mat­la­ra gö­rə, o ge­cə 613 nə­fər şə­hid olub, 487 nə­fər ağır ya­ra­la­nıb, 1275 nə­fər əsir dü­şüb, er­mə­ni zül­mü­nə, təh­qir­lə­ri­nə mə­ruz qa­lıb. Er­mə­ni­lər azə­ri türklə­ri­nin göz­lə­ri­ni oya­raq, bu­run­la­rı­nı, qu­laq­la­rı­nı kə­sə­rək, baş­la­rı­nın də­ri­si­ni so­ya­raq qey­ri-in­sa­ni hə­rə­kət­lər­lə, vəh­şi­cə­si­nə öl­dü­rüb, bir ço­xu­nun cə­səd­lə­ri­ni yan­dı­rıb­lar. Yer kü­rə­si­nin ən gö­zəl nöq­tə­lə­rin­dən bi­rin­də, öz ata-ba­ba yur­dun­da ya­şa­maq­dan baş­qa bir gü­na­hı ol­ma­yan bu in­san­lar iş­gən­cə ve­ri­lə­rək şə­hid edi­lib.

Xo­ca­lı soy­qı­rı­mı­nın adı ne­cə olur­sa ol­sun, kim tə­rə­fin­dən ki­mə qar­şı han­sı şərtlər­də olur­sa ol­sun, nə­ti­cə­si va­hi­mə­li ha­di­sə­lə­rin ya­şan­dı­ğı bir vəh­şət­dir. Hal be­lə ikən, in­san­lı­ğa ya­raş­ma­yan bu qır­ğı­nın an­caq və an­caq Azər­bay­can və Tür­ki­yə tə­rə­fin­dən yad edi­lə­rək qı­nan­ma­sı hə­qi­qə­tən də çox üzü­cü­dür. Di­gər tə­rəf­dən, bu soy­qı­rı­mın ar­dın­dan iyir­mi beş il keç­mə­si­nə bax­ma­ya­raq, hə­lə də dün­ya ic­ti­ma­iy­yə­ti­nin bi­tə­rəf qal­ma­sı, tə­əs­süf­lər ol­sun ki, da­ha üzü­cü və dü­şün­dü­rü­cü­dür.

Heç şüb­hə­siz, Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ böl­gə­sin­də­ki Xo­ca­lı şə­hə­rin­də baş ve­rən vəh­şə­tin soy­qı­rım ol­du­ğu­nun bey­nəl­xalq cə­miy­yət­də qə­bul edil­mə­si üçün qa­nu­ni bir pros­ses baş­la­dıl­ma­lı­dır. Azər­bay­can döv­lə­ti La­hey Əda­lət Di­va­nı­na mü­ra­ci­ət edə­rək, 1948-ci il de­kabr ayı­nın 9-da BMT tə­rə­fin­dən qə­bul edi­lən "ge­no­sid mü­qa­vi­lə­si" çər­çi­və­sin­də ci­na­yət işi aç­dır­ma­lı­dır. Bu mü­ra­ci­ət­də la­zım olan də­lil­lər çər­çi­və­sin­də Er­mə­nis­tan rəh­bər­lə­ri R.Kö­çər­yan və S.Sar­kis­yan Xo­ca­lı soy­qı­rı­mı­nı hə­ya­ta ke­çi­rən ci­na­yət­kar­lar ola­raq gös­tə­ril­mə­li və on­la­rın cə­za­lan­dı­rıl­ma­la­rı tə­ləb olun­ma­lı­dır!!!

26 fev­ral 1992-ci il... Xo­ca­lı soy­qı­rı­mı ki­mi ta­rix­ləş­di bu müd­hiş gün. 1941-1945-ci il­lər mü­ha­ri­bə­sin­də Be­lo­ru­si­ya­nın Xa­tın kən­din­də də be­lə bir fa­ciə baş ver­miş­di. Dün­ya hə­lə də bu kənd qə­bi­ris­tan­lı­ğı­na gə­lib il­lə­rin fa­ci­ə­si­ni göz­lə­ri­nə kö­çü­rür. Bəs Xo­ca­lı fa­ci­ə­si?! 65 il əv­vəl baş ve­rən ha­di­sə­lər­lə ma­raq­la­nan­lar er­mə­ni­lə­rin bu çox ya­xın keç­miş­də Xo­ca­lı­da tö­rət­di­yi vəh­şi­lik­lə­ri gör­mə­di­lər­mi? Soy­qı­rım de­yir­lər. Bəs on­da er­mə­ni­lə­rin Xo­ca­lı­da tö­rət­di­yi qır­ğın­lar soy­qı­rım de­yil­mi? Yax­şı, əgər Xo­ca­lı­da tö­rə­di­lən­lər soy­qı­rım de­yil­sə, bəs on­da biz  bu vəh­şə­tə nə ad ver­mə­li­yik? Bu da bir hə­qi­qət­dir ki, qan yad­da­şı­mız­dan si­lin­mə­yə­cək Xo­ca­lı soy­qı­rı­mı...

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ