16/06/2019 17:28
728 x 90

Ekvador ona sığınan "Wikileaks"in təsisçisini Britaniya polisinə “satdı”, Assanjı həbs edildi

img

7 ildir Londondakı Ekvador səfirliyində yaşayan qalmaqallı "Wikileaks" saytının təsisçisi Culian Assanj Böyük Britaniya polisi tərəfindən saxlanıb.

Baki-xeber.com xəbər verir ki, Assanjın sığınacaq hüququnu əlindən alan Cənubi Amerika ölkəsi həmin vaxt Britaniya polisini də diplomatik nümayəndəliyə çağırıb, polis də C.Assanjı səfirliyin ərazisindən saxlayıb.

Ekvador prezidenti Lenin Moreno, Assanjın beynəlxalq konvensiyaları dəfələrlə pozduğuna görə bu qərarı verdiklərini deyib. Moreno, Böyük Britaniyadan, onun ölüm cəzası tətbiq oluna biləcək başqa bir ölkəyə verilməməsinə dair zəmanət aldıqlarını söyləyib.

Wikileaks isə Ekvadorun bu addımını beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, Culian Assanj ABŞ-a ekstradisiya olunmaq təhlükəsi ilə əlaqədar 7 ildir Ekvador səfirliyində sığınmışdı.

Son xəbərlər