Cümə günü, 06 noyabr 2026
     

ABŞ İranda hakimiyyətə kimlərin gətiriləcəyini müəyyənləşdirdi...

Image


ABŞ və İsrail İrana hava zərbələr endirir, ancaq döyüşlərdən sonra nə olacağı ilə bağlı Vaşinqtonun aydın siyasi strategiyası yoxdur. Bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə keçmiş köməkçisinin müavini Dana Stroul deyib. O, hazırda Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda tədqiqat direktorudur.

Stroulun fikrincə, Tehranın adi hərbi imkanları zəiflədilir, amma başqa variantları da var. Məsələn, kiberhücumları, Yaxın Şərqdən kənardakı şəbəkələrini işə sala bilər. Müharibə uzandıqca itkilər, sursat, raketdən müdafiə sistemi ehtiyatları, qlobal iqtisadi nəticələrin yaratdığı təzyiq arta bilər. Stroul ABŞ müdafiə rəsmisinə istinadla deyir ki, hərbi məqsəd İranın Yaxın Şərqdə təsir imkanlarını aradan qaldırmaqdır. ABŞ müdafiə rəsmilərini üç əsas məsələ narahat edir: İranın nüvə silahı proqramı, raket proqramı və Yaxın Şərqdə terroru dəstəkləməsi: "Müharibə başlayandan bəri bu proqramları zəiflətmək, gerilətmək üçün addımlar atıldığını görürük". Təhlilçi bu hədəflər yönündə irəliləyiş əlamətlərini də sadalayır – ABŞ və İsrail İrana hərbi kampaniyanın ilk 48 saatı içində İran üzərində hava üstünlüyünə nail olub: İrana qarşı uzaqməsafəli silahlardan deyil, birbaşa İran üzərində uçan qırıcılardan istifadə olunur və sair. Pentaqon bildirir ki, İran münaqişənin əvvəlində olduğunda daha az raket və dron buraxır. Bu İranın hazırkı hərbi vəziyyəti barədə nə deyir? Stroul deyib ki, bu, ABŞ və İsrailin birlikdə İranın ənənəvi hərbi imkanlarını zəiflətdiyini göstərir. Yəni hava təhdidlərini aradan qaldırmaq istiqamətində irəliləyiş var: "Amma siyasi nəticənin nə olacağı, prezidentin nə vaxt "məqsədlərimizə çatdıq" deyəcəyi hələ də aydın deyil. Hazırda çox qarışıq mesajlar verilir". Bəs, İran bu səviyyədə döyüşləri nə qədər davam etdirə bilər? Təhlilçinin fikrincə, İran rejimi üçün əsas sual qələbənin nə demək olmasıdır: "Bu inqilabi rejim özünü yer üzündə Tanrının iradəsinin təmsilçisi sayır. Onlara lazım olan sağ qalmaqdır. Raket proqramı və ya nüvə proqramı zəifləsə belə, rejim sağ qalarsa, bu proqramları yenidən qurmaq mümkündür".

Keçmiş müdafiə rəsmisi başqa ölkələrin bu müharibəyə qoşulması ehtimalı barədə deyir ki, İranın ABŞ-nin regiondakı tərəfdaşlarını və müttəfiqlərini cəzalandırmaq strategiyası işləmədi: "Hazırda İrandan gələn təhdidləri necə aradan qaldırmağın ən yaxşı yolu barədə fəal müzakirələr aparılır". Stroul vurğulayır ki, Vaşinqton hazırda hərbi baxımdan effektiv müharibə aparır, amma döyüşlər bitəndən sonra nə olacağı ilə bağlı strategiya və ya siyasət yoxdur. Bu qeyri-müəyyən vəziyyətin isə bir neçə riski var. Birincisi, daha çox amerikalı hərbçinin həlak olması ehtimalı yaxınlaşan aralıq seçkilər fonunda Trampa təzyiq yarada bilər. İkincisi, İranın regionu təhdid etmə imkanları qarşısında ABŞ-ın sursat və raketdən müdafiə sistemləri ehtiyatlarının nə qədər duruş gətirəcəyidir. Təhlilçi neftin qlobal qiymətini, dünya iqtisadiyyatı və təchizat zəncirləri kimi məsələləri də sadalayır. Regional müttəfiqlər müdafiə rolundan çıxaraq daha fəal iştirak etsələr, bu münaqişənin gedişini dəyişə bilərmi? Stroul deyir, bu, münaqişənin hərbi nəticəsini dəyişməyəcək, çünki ABŞ və İsrail İran üzərində ənənəvi hərbi baxımdan özləri də üstünlük qazanırlar. Koalisiyanın genişlənməsi siyasi baxımdan əhəmiyyətli ola bilər. Stroul İranın Yaxın Şərqdə hücum xarakterli kiber əməliyyatlara hələ başlamadığını deyir: "Üstəlik, İranın dünyada gizli hücrələrdən və terror şəbəkələrindən ibarət qlobal sistemi var. Onların da aktivləşdiyini görməmişik". Təhlilçi Avropa, ABŞ və Asiya ölkələrinin bu riski nəzərə alaraq kəşfiyyat əməkdaşlığını gücləndirə biləcəyini də vurğulayır. Müharibənin nə qədər çəkəcəyinə gəlincə, Stroul hərbi baxımdan bir neçə həftə davam edə biləcəyini deyir. Məsələn, İran donanmasının qalan hissəsinin məhv edilməsi, yaxud ölkə daxilində qalan raket və dron arsenalının sıradan çıxarılması kimi: "Əsas problem odur ki, prezident Trampın siyasi hədəfinin nə olduğunu hələ eşitməmişik. Risk isə ondadır ki, bu müharibə tədricən irəli gedərək uzunmüddətli münaqişəyə çevrilə bilər". İndilikdə Donald Tramp "NBC" telekanalına müsahibəsində bildirib ki, ABŞ İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir. Onun sözlərinə görə, Vaşinqton İranda hakimiyyətə gələ biləcək bir neçə namizədi nəzərdən keçirir: "Biz gəlib hər şeyi təmizləmək istəyirik. İstəyirik ki, onların yaxşı lideri olsun. Bizim bir neçə nəfərimiz var ki, hesab edirəm, bu işin öhdəsindən yaxşı gələrlər". O əlavə edib ki, ABŞ öz siyahısındakı insanların hərbi əməliyyat zamanı həlak olmaması üçün tədbirlər görür: "Bəli, biz onlara göz-qulaq oluruq". İran özü isə təhlükəsizlik məsələlərinə görə öldürülmüş ali rəhbər ayətullah Əli Xameneinin xələfinin təyin olunmasını təxirə salıb. "The New York Times" qəzetinin mənbələrinin bildirdiyinə görə, ayətullah Xameneinin oğlu - Müctəbanın İranın ali rəhbəri postuna əsas namizəd olduğu bilindikdən sonra onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb. İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İran tərəfindən Xameneini əvəz etmək üçün təyin edilən hər bir lider məhv edilməli hədəf olacaq. Öz növbəsində, Donald Tramp Xameneinin oğlu Müctəbanın namizədliyini qəbuledilməz adlandırıb: "Biz İrana harmoniya və sülh gətirəcək birini görmək istəyirik".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ