Bazar günü günü, 08 noyabr 2026
     

İran-İsrail müharibəsi artıq an məsələsidir...

Image


Yaxın Şərqdə davam edən müharibə getdikcə daha amansız şəkil alır. Artıq Livan ərazisindəki “Hizbullah”, Yəməndəki husilər və İranın bəzi proksi qüvvələrinin müharibəyə müdaxilə etmək ehtimalı yüksəkdir. İsrail quru əməliyyatlarına start verərsə və orada məsələ uzanarsa prosesə başqa dövlətlər də qoşula bilər. 

İndilikdə görünən budur ki, ilk olaraq İranın məsələyə müdaxiləsi daha böyük ehtimaldır. Hətta İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian növbəti dəfə İsrail və ABŞ-ı təhdid edib. Abdullahian vəziyyət nəzarətdən çıxacağı təqdirdə İran hakimiyyəti və müttəfiqlərinin İsrail və HƏMAS arasında müharibəyə müdaxilə etmək məcburiyyətində qalacağını bildirib: "İsrail və ABŞ-a xəbərdarlıq edirik: Qəzza zolağında mülki şəxslərə qarşı cinayətlər dayanmasa, bütün imkanlara açıq olacağıq". ABŞ dövlət katibi Entoni Blinken isə İranın bu halda Amerika zərbələrinə tuş gələcəyini bildirib: “ABŞ İsrail və HƏMAS müharibəsinin İranın iştirakı ilə eskalasiyası ehtimalından narahatdır. Biz İranın "etibarlı adamları"nın şəxsi heyətimizə, xalqımıza qarşı hücumlarını artırması ehtimalından narahatıq. Mümkün eskalasiyanı gözləyirik. Heç kim bu məqamdan istifadə edərək İsrailə və ya buna görə bizə, şəxsi heyətimizə hücumları artırmamalıdır. Hər cür tədbir görürük, lazım gələrsə, həlledici cavab verəcəyik”. İsrailin xarici işlər naziri Eli Kohen də İrana xəbərdarlıq edib: “İran Yaxın Şərqə nəzarəti ələ keçirmək istəyir. Tehran yəhudi dövlətinin məhvinə çalışır. İranlı fanatik ayətullahlar rejimi HƏMAS-a hərbi, maliyyə və siyasi dəstək verir. İran rejimi özünün marionet “Hizbullah”ının köməyi ilə Livanda əlavə cəbhə açmağa çalışaraq müharibəni qızışdırır. Onların hamısı İsrailin məhvinə can atır ki, bu da onlara bütün Yaxın Şərqə nəzarəti ələ keçirməyə və öz aqressiv İslam inqilabını Aralıq dənizinə, Avropaya və bütün dünyaya yaymağa imkan verəcək”. İsrailin baş naziri Benjamin Netanyahu da Livanda yerləşən “Hizbullah” silahlı qruplaşmasını İsrailə qarşı ikinci cəbhə açmaqla bağlı xəbərdar edib: “Əgər o bunu edərsə, həyatının səhvini etmiş olar. Belə bir addım İsraili görünməmiş miqyasda əks-hücuma keçməyə məcbur edə bilər ki, bu da Livan üçün dağıdıcı ola bilər”. Hələlik İranHƏMAS vasitəsilə İsrailə qarşı müharibə aparır. Bu fonda gözlənilir ki, İsrail HƏMAS üzvlərini məhv etdikdən sonra qüvvələrini geri çəkə bilər. Lakin bu o qədər də asan deyil, çünki qruplaşmanın azı 40 min üzvü var, onların hamısının sıradan çıxarılması asan deyil. Eyni zamanda, HƏMAS-ın elit “Nuxbo” komando birliyinin məhv edilməsi və qrupun bütün siyasi liderlərinin öldürülməsi, yaxud ələ keçirilməsini tələb edir. HƏMAS-ın siyasi liderləri əsasən Qətərdə yaşayırlar. İsrailin fələstinlilərə Qəzzadan cənuba qaçmaq çağırışı o deməkdir ki, ilkin hədəf zolağın ikiyə bölünməsidir: şimal zonası HƏMAS-la döyüşlərin baş verəcəyi yerdir, cənub zolağı mülki fələstinlilərin qalacağı yer. Məhz bu fonda İran və onun proksi qruplaşması olan “Hizbullah” bəyan edib ki, İsrail Qəzzaya qurudan müdaxilə edərsə, onlar müharibəyə qoşulacaq. Bu da ABŞ-ın prosesə müdaxiləsi deməkdir. “Hizbullah”la yanaşı, Suriyada İrana bağlı qruplar, o cümlədən, Yəməndə husilər də İsrailə hücum edə biləcəklərinin anonsunu verib. Onların əlində İsraili vura biləcək ortamənzilli raketlər var. Bu ssenari İsrail üçün “çoxcəbhəli müharibə” vəd edir, o cümlədən, İraq, Suriya, Livan və Yəmənin də daxil olacağı regional münaqişənin qapısını aralayır.

Belə bir vaxtda Britaniyanın “Daily Mail”  nəşrinə  danışan İsrailin iqtisadiyyat naziri Nir Barkat müharibənin genişlənə biləcəyinə işarə edib: “İranın Livandakı terror təşkilatı “Hizbullah” İsrailə hücum etsə, İrandakı bütün ayətullahlar dünyadan silinəcək. İsrail təkcə “Hizbullah”ı zərərsizləşdirməyəcək. Əksinə, terror təşkilatı şimal cəbhəsi açsa, biz birbaşa İranı hədəfə alacağıq. İranın məqsədi bütün cəbhələrdən İsrailə hücum etməkdir. Onların İsrailə hücum etdiyini başa düşsək, qisas alacağıq, ilanın başını əzəcəyik. İranda ayətullahlar gecələr rahat yatmayacaq, şimalda cəbhə açsalar, cavab verəcəklərinə əmin olacağıq. İsrailin düşmənlərimizə çox açıq mesajı var. Biz onlara deyirik ki, Qəzzada baş verənlərə baxın, bizə hücum etsəniz, sizə də eyni münasibət göstəriləcək. Biz sizi yer üzündən siləcəyik”. Bunlar fonunda HƏMAS-İsrail müharibəsinin geosiyasətdə mümkün nəticələri müzakirə olunmağa davam edir. Alman beynəlxalq əlaqələr şərhçisi Jörg Launun “Internationale Politik Quarterly” jurnalında yazdığı məqalədə qeyd edilir ki, indiki halda Qərb dünyası da HƏMAS-İsrail müharibəsində uduzanlardan sayılır: “7 oktyabr və onun nəticələrini təkcə Yaxın Şərq münaqişəsi kontekstində başa düşmək olmaz. Təkcə İsrail və Fələstin arasında öz müqəddəratını təyin etmək üçün əsrlərdir davam edən mübarizə indiki gərginliyi anlamaq üçün kifayət etmir. İstifadə edilən zorakılığın hədsizliyi və onu törədənlərin həyasızcasına təqdim edilməsi göstərir ki, bu, çoxəsrlik müharibədə başqa bir münaqişə deyil. İkinci Dünya müharibəsində Şərqi Avropada nasistlərin ölümcül hərəkətlərini xatırladan hücumların soyqırım vəhşiliyi siyasi məqsədə, daha dəqiq desək, anti-siyasi məqsədə hesablanıb. Bu qarşılıqlı hücumlar əslində düşmənlər arasında razılaşmanın mümkün olduğu istənilən siyasət formasını hədəf alır. HƏMAS-ın hücumları ilə bağlı dünya miqyasında şok da bütün regionu əhatə edə biləcək daha böyük müharibə qorxusundan qaynaqlanırdı. HƏMAS-ın həyata keçirdiyi qırğın bir şeyi qaçılmaz şəkildə aydınlaşdırdı: Qərbin Yaxın Şərq siyasəti iflasa uğradı. Bu, ABŞ və Avropa İttifaqına da aiddir. İsrailin fələstinlilərə məhəl qoymamaq və münaqişənin qarşısını almaq, qəsəbələr salmaq və qonşu ərəb ölkələri ilə yaxınlaşmaq yolu ilə idarə etmək siyasətinin də təhlükəli illüziya olduğu sübuta yetirilib. Bu müharibə, Rusiyanın Ukraynaya hücumu kimi, hələ də adekvat termin tapa bilmədiyimiz qlobal geosiyasi dəyişikliyin bir hissəsidir. İndi blokların, Qərbin hökmranlığının və Amerikanın “dünya jandarmiyası” olmadığı “çoxqütblü dünya”dan söhbət gedir. Bu yeni dünya düzənində bir çox güclər əvvəllər yalnız böyük dövlətlər üçün mövcud olan öz maraqlarını müdafiə etmək mövqeyini qəbul etməyə cəsarətli olurlar. Bu dəyişiklik özlüyündə mütləq pis bir şey deyil. “Qlobal Cənub” kimi tanınan regionun bir çox ölkələri ümid edir ki, bu çoxqütblülük qlobal gücün daha ədalətli bölüşdürülməsinə gətirib çıxara bilər.

Ancaq indi aydın olur ki, bu vəziyyət ən radikal aktorları və onların tərəfdarlarını bütün dünyada daha böyük risqlərə getməyə cəsarətləndirib. Rusiyanın Ukraynaya qarşı müharibəsi xarici siyasətdə ağla gələn hər bir normaya meydan oxuyur. Çin getdikcə daha aqressiv hərəkətlərlə Tayvana təzyiq göstərmək üçün cəsarət tapir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ