Bazar günü günü, 08 noyabr 2026
     

İsrail-HƏMAS - 36 illik qanlı düşmənçilik...

Image


Yaxın Şərqdə qanlı toqquşmalar davam edir. HƏMAS-ın danışıqlar çağırışına baxmayaraq, İsrail hədəflərinə çatana kimi savaşı davam etdirəcəyini bildirib. Bunlar fonunda Fələstin-İsrail münasibətlərində növbəti qanlı dövrün başlanmasına təhrik edən HƏMAS qruplaşması yenidən diqqət mövzusudur.

Qeyd edək ki, HƏMAS adının özü təşkilatın ərəbcə adının abbreviaturasıdır: “Hərəkat əl-Muqavəmə əl-İslamiyyə”, yəni “İslami Müqavimət Hərəkatı” deməkdir. Qrupun yaradıcısı gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olan fələstinli din xadimi Şeyx Əhməd Yasin olub. Lakin o, ingilis dili və ədəbiyyatı ilə deyil, daha çox İslamın radikal təfsiri ilə maraqlanırdı. HƏMAS Misirin “Müsəlman Qardaşları” islamçı təşkilatının Fələstindəki hissəsindən qurulub. Onu təşkil edən Yasin əvvəlcə 1967-ci il “Altı günlük müharibə”dən sonra İsrailin ələ keçirdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub. Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi. HƏMAS isə onun tam əksi kimi görünürdü,  əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi. 1987-ci ildə HƏMAS-ı quran Yasin demişdi ki, “Altı günlük müharibə”dən keçən 20 ildə vəziyyət dəyişib və “ilahi iradəsi”nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın. 1988-ci ildə HƏMAS İsrailin məhv edilməsinə və “tarixi Fələstin” torpağında İslam dövlətinin yaradılmasına çağıran ilk xartiyasını dərc edib. Əzəldən sülh yolu ilə hər hansı bir tənzimləmə ehtimalını rədd edən sənəddə yazılmışdı: “İsrail İslam onu daha əvvəl başqalarını məhv etdiyi kimi məhv etməyincə var olacaq və mövcudluğunu davam etdirəcək... “İslami Müqavimət Hərəkatı” hesab edir ki, Fələstin torpağı “Qiyamət günü”nə qədər müsəlmanların gələcək nəsilləri üçün müqəddəs olan İslami vəqfdir. Fələstin müsəlman nəsilləri üçün müqəddəs olan islami vəqf diyarıdır”. 2017-ci ildə HƏMAS “Altı günlük müharibə”dən əvvəl müəyyən edilmiş sərhədlər daxilində öz dövlətinin yaradılmasına “müvəqqəti” razılığını bildirən yeni sənəd təqdim edir. Lakin bu sənəddə də İsraili diplomatik əlaqələr qurula bilən suveren dövlət kimi tanımaqdan imtina etdiyi qeyd olunur: “İsrailin yaradılması tamamilə qeyri-qanunidir və Fələstin xalqının ayrılmaz hüquqlarına ziddir, eləcə də beynəlxalq konvensiyalarla təmin edilən insan hüquqlarının pozulmasıdır”. HƏMAS ilə hər hansı kompromis əldə etməyin qeyri-mümkünlüyü, həmçinin qruplaşmanın 1917-ci il Balfour Bəyannaməsini, o cümlədən 1990-cı illərdəki Oslo razılaşmalarını tanımaması ilə də izah olunur. Balfour Bəyannaməsinə əsasən, Britaniya hökuməti digər dini icmaların hüquqlarını pozmamaq şərti ilə o vaxtkı Fələstin ərazisində yəhudi dövlətinin yaradılmasını dəstəkləyəcəyini rəsmən vəd etmişdi. Oslo Razılaşması iki – yəhudi və fələstin  dövlətinin yaradılması və birgəyaşayış prinsiplərini müəyyən edir.

Qeyd edək ki, İordan çayının qərb sahili və Qəzza Fələstin ərazisi kimi tanınır. Bundan başqa, tarixdə Fələstin kimi tanınan dövlətə Şərqi Qüds və İsrail də daxil idi. Yəhudilər İncildə yəhudi krallıqlarının torpaqları kimi təsvir edilən bu yerləri “vəd edilmiş torpaq” kimi görürlər. İsrail dövləti 1948-ci ildə yaradılıb, lakin İsraili rəsmən tanımayanlar hələ də bu bölgəni Fələstin adlandırırlar. Fələstinlilər İordan çayının qərb sahilini, Qəzza və Şərqi Qüdsü əhatə edən bölgəni də Fələstin adlandırırlar. Bu gün sahəsi cəmi 365 kvadratkolimetr, Aralıq dənizi sahilinin kiçik zolağı, iki milyondan bir qədər çox insanın yaşadığı yer olan Qəzza zolağına HƏMAS nəzarət edir. Bu təşkilat Osloda imzalanmış müqavilələri tanımadığından, müqavilələr imzalanandan sonra başlamış siyasi proseslərə 2006-cı ilədək: Fələstin ərazilərində yerli və qanunvericilik orqanlarına seçkilərdə iştirak etmək qərarına gələnə qədər hansısa səbəblərdən məhəl qoymayıb. O zaman onların hamısı prezident Mahmud Abbasın və onun Fələstin Azadlıq Təşkilatının bir hissəsi olan FƏTH partiyasının nəzarəti altında olub. Qanunvericilik Şurasında FƏTH-dən daha çox yer qazanan HƏMAS-ın gözlənilməz qələbəsi nəinki Abbasın tərəfdarlarını, hətta o vaxta qədər FƏTH-lə əməkdaşlığın mümkün olduğu qənaətinə gələn və bu prosesin davam etdiriləcəyinə ümid edən bir çox xarici siyasətçiləri dilxor etmişdi. FƏTH seçkilərin nəticələrini tanımaqdan imtina etdi. Onun milli birlik hökuməti yaratmaq cəhdi uğursuz oldu, çünki FƏTH beynəlxalq arenada fələstinlilərin maraqlarını təmsil edən yeganə təşkilat sayılmaqda israr edirdi, HƏMAS isə bununla qətiyyən razılaşmaq istəmədi. Bundan sonra iki tərəf arasında “Qəzza müharibəsi” kimi tanınan qısamüddətli silahlı qarşıdurma başlandı və bunun nəticəsində 118 nəfər həlak oldu. Nəticəsi Fələstin ərazilərinin faktiki olaraq, iki hissəyə bölünməsi oldu: İordan çayının qərb sahili özünü fələstinlilərin yeganə səlahiyyətli nümayəndəsi hesab etməkdə davam edən FƏTH tərəfindən idarə olunur, Qəzza zolağı isə tamamilə HƏMAS-ın nəzarətinə keçdi. Qəzza zolağında bundan başqa seçkilər keçirilməyib. O vaxtdan bəri qrupun silahlıları İsraillə dörd böyük münaqişədə iştirak ediblər. Bütövlükdə HƏMAS və ya onun hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” bir sıra ölkələrdə, o cümlədən İsrail, ABŞ, Aİ və Böyük Britaniyada terrorçu təşkilat kimi tanınır. Belə bir fikir var ki, israillilərin sülh prosesinə marağı məhz Qəzza zolağından onların ərazilərinə yönələn hücumlar nəticəsində itirilib. Bir çox fələstinlilər bu hücumları öz itkilərinə və fələstinlilərin öz ərazisi kimi gördükləri İordan çayının qərb sahilində inşası davam edən İsrail məskənlərinin salınmasına qisas kimi alqışlayırdılar. 2004-cü ilin mart və aprel aylarında HƏMAS-ın dini lideri Şeyx Əhməd Yasin və onun varisi Əbdül Əziz əl-Rantisi İsrailin Qəzza zolağına raket hücumları nəticəsində öldürülüb. Həm bir çox ölkələr, həm də, məsələn, Avropa İttifaqı kimi fövqəlmilli qurumlar tərəfindən terror təşkilatı kimi tanındığına görə HƏMAS rəsmi yardıma ümid edə bilməz. Tarixən vəsaitlərin çoxu xaricdə yaşayan varlı fələstinlilərdən, eləcə də Körfəz ölkələrindəki daha varlı şəxslərdən gəlib. Sosial ehtiyaclar üçün müəyyən yardımlar da Qərbdəki İslam xeyriyyə təşkilatları tərəfindən göndərilirdi, lakin HƏMAS-la əlaqələrinə görə bəzilərinin aktivləri dondurulub. Qəzzada xüsusi bir iqtisadiyyat yoxdur. 2006-2007-ci illərdə Misirlə İsrail birlikdə sektorun blokadasını təşkil edib və bu, fələstinlilərin kütləvi şəkildə bölgəni tərk etməsinə səbəb olub. Blokada başlayandan sonra uzun illər ərzində HƏMAS Misir sərhəd-keçid məntəqələrindən yan keçən mürəkkəb tunellər şəbəkəsi vasitəsilə daşınan mallara vergi qoymaqla gəlir əldə edirdi. Ərzaq və dərmanla yanaşı, eyni tunellərlə silahlar da gətirilirdi. Misir yalnız 2018-ci ildə “Salah əd-Din” sərhəd-keçid məntəqəsindən bəzi ticarət mallarının Qəzzaya daxil olmasına rəsmi icazə verməyə başlayıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət edir - CANLI

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ