Bazar günü günü, 08 noyabr 2026
     

İsrail-HƏMAS müharibəsi Yaxın Şərq geosiyasətini dəyişdi

Image


Aparılan son hesablamalara əsasən, İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib. Bütün bunlara cavab olaraq İsrail HƏMAS-a qarşı hərbi əməliyyatların miqyasını genişləndirir. İsrailin müdafiə naziri Yoav Qallant bu fonda bildirib ki, HƏMAS-a qarşı müharibə aylarla davam edə bilər.

Onun sözlərinə görə, ölkənin cənubunda İsrail Qəzza zolağına genişmiqyaslı hücuma başlayıb: “Mən bütün məhdudiyyətləri aradan qaldırdım, əraziyə nəzarəti bərpa etdik və tammiqyaslı hücuma keçirik. HƏMAS Qəzza zolağında dəyişiklik istəyirdi və bu, terrorçuların düşündüyündən 180 dərəcə fərqli olacaq. Onlar bu dəqiqə peşman olacaqlar. Qəzza heç vaxt əvvəlki vəziyyətinə dönməyəcək. Bu, həftələr və ya aylar çəkəcək. Kim baş kəsməyə, qadınları, Holokostdan sağ çıxanları öldürməyə gəlirsə, biz onu bütün gücümüzlə və güzəştə getmədən məhv edəcəyik”. Xatırladaq ki, Fələstinin hərbi qruplaşması HƏMAS oktyabrın 7-də İsrailə qarşı qəfil hücuma keçib, Qəzza zolağı yaxınlığında yaşayan sakinlər öldürülüb və ya girov götürülüb. Məlumat üçün bildirək ki, İsraillə aralarında daim gərginlik yaşanan HƏMAS Qəzza zolağına nəzarət edən fələstinli islamçı silahlı qrupdur. İran tərəfindən dəstəklənən HƏMAS İsraili məhv etməyə and içib və 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsraillə bir neçə müharibə aparıb. İsrail 2007-ci ildən bəri təhlükəsizliyi üçün Misirlə birlikdə Qəzza zolağını mühasirəsəyə alıb. Bütövlükdə HƏMAS İsrail, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya, eləcə də digər güclər tərəfindən terror qruplaşması kimi tanınır. HƏMAS-ı, qeyd edildiyi kimi, maliyyələşdirən, silah və təlim verən İran dəstəkləyir. Təşkilatın fəaliyyət göstərdiyi Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41 kilometr və eni 10 kilometr olan ərazidir. O, təxminən 2,3 milyon insana ev sahibliyi edir və dünyada ən yüksək əhali sıxlığına malik yerlərdən biridir. İsrail Qəzza və onun sahilləri üzərindəki hava məkanına nəzarət edir və sərhəd keçid məntəqələrindən kimin və hansı malların daxil olub-olmamasına məhdudiyyət qoyur. Eynilə, Misir də Qəzza ilə sərhədindən kimin girib-çıxmasına nəzarət edir. BMT-nin məlumatına görə, Qəzza əhalisinin təxminən 80 faizi beynəlxalq yardımdan və bir milyona yaxın insan gündəlik ərzaq yardımından asılıdır. Bu halda HƏMAS-ın hücumu Qəzzadakı əhalinin özünə yeni problemlər yaratmaqdan başqa heç nəyə xidmət etmir. Təbii ki, HƏMAS-ın gözlənilməz hücumu İsrail kəşfiyyatının böyük uğursuzluğudur. Britaniyadan olan ekspert Frank Qardner bu xüsusda bildirir: “İsrailin daxili kəşfiyyatının, MOSSAD-ın, onun xarici kəşfiyyat agentliyinin və İsrail Müdafiə Qüvvələrinin bütün qollarının birgə səyləri fonunda heç kimin belə bir təhlükəni görə bilməməsi təəccüblüdür. İsrail, şübhəsiz ki, Yaxın Şərqdə Fələstindəki silahlı qruplarının daxilində, eləcə də Livanda, Suriyada və başqa yerlərdə ən geniş və yaxşı maliyyələşdirilən xəbər mənbələri və agentləri ilə əhatə olunmuş kəşfiyyat xidmətlərinə malikdir. Qəzza ilə İsrail arasındakı quru sərhəd hasarı boyunca kameralar, yer-hərəkət sensorları və nizami ordu patrulları var. Tikanlı məftillərlə örtülmüş hasarın bu hücumda baş vermiş sızmanın qarşısını ala biləcək “ağıllı maneə” olduğu güman edilirdi. Bununla belə, HƏMAS silahlıları sadəcə buldozerlə oradan keçdilər, məftilləri kəsdilər, dənizdən və paraşütlə İsrailə daxil oldular”. Bu, HƏMAS-ın Qəzzadan indiyə qədər başlatdığı ən iddialı əməliyyatdır və İsrailin uzun illər ərzində üzləşdiyi ən ciddi transsərhəd hücumudur. Qeyd edək ki, silahlılar Qəzzanı İsraildən ayıran xətti bir çox yerdə pozublar. Görünməmiş hücum 1973-cü ildə Misir və Suriyanın Yaxın Şərqdə böyük müharibəyə səbəb olmuş qəfil hücumunun 50-ci ildönümündən bir gün sonra baş verib.

Hazırda yaşanan müharibə Fələstinin gələcəyini də yenidən gündəmə gətirib. Qeyd edək ki, Osmanlı imperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra Fələstin torpaqları kimi tanınan bu bölgə üzərində nəzarət Britaniyanın əlinə keçdi. Burada ərəb çoxluğu ilə yanaşı yəhudi azlığı da yaşayırdı. İki xalq arasında gərginlik beynəlxalq ictimaiyyət tərəfindən Britaniyaya Fələstində yəhudilər üçün “milli ev” yaratmaq tapşırığı verildikdən sonra artdı. Yəhudilər buranın onların qədim torpaqları olduğunu iddia edirdi, fələstinlilər isə buna qarşı çıxırdılar. 1920-40-cı illər arasında yəhudilərin sayı artdı, onların çoxu İkinci Dünya müharibəsindəki qırğınlardan sonra Avropadakı təqiblərdən qaçaraq vətən axtarırdı. Həmin vaxtlar yəhudilərlə ərəblər arasında da, Britaniya hakimiyyətinə qarşı da zorakılıq daha da artır. 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Bu plan yəhudi liderləri tərəfindən qəbul edilsə də, ərəblər buna razı olmadıqları üçün heç vaxt həyata keçirilmədi. İsrail bütün Qüdsün özünün paytaxtı olduğunu iddia edir, fələstinlilər isə Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olacağını deyir. ABŞ Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan azsaylı ölkələrdən biridir, lakin o deyir ki, şəhərin yekun statusu danışıqlar yolu ilə müəyyən edilməlidir. İsrail son 50 ildə bu ərazilərdə 600 mindən çox yəhudinin yaşadığı qəsəbələr salıb. Əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən fələstinlilər bu qəsəbələrin beynəlxalq hüquqa zidd olduğunu desələr də, İsrail bunu inkar edir. 2012-ci ildə BMT Fələstini “üzv olmayan müşahidəçi dövlət" kimi tanımaq qərarına gəlib. “Müşahidəçi hüquqi şəxs” statusundan “müşahidəçi dövlət” statusuna keçməsi fələstinlilərə Baş Assambleyanın müzakirələrində iştirak etməyə və BMT agentliklərinə və digər qurumlara üzv olmaq şanslarını artırmağa imkan verib. BMT-də keçirilən səsvermə nəticəsində Fələstin dövləti yaradılmasa da, BMT Baş Assambleyasının 193 üzvünün 70 faizindən çoxu Fələstin dövlətini tanıyır. İsrail ilə Şərqi Qüds, Qəzza və İordan çayının qərb sahilində yaşayan fələstinlilər arasında gərginlik, ümumiyyətlə, yüksək olaraq qalır. Qəzzanı İsraillə çoxlu müharibələr aparan HƏMAS idarə edir. İsrail və Misir HƏMAS-a silah göndərilməsinin qarşısını almaq üçün Qəzza sərhədlərinə ciddi nəzarət edir.  İsraillə fələstinlilər arasında ziddiyyət təşkil edən bir çox məsələ var: fələstinli qaçqınların taleyi necə olacaq, yəhudi məskənlərinin işğal altındakı İordan çayının qərb sahilində qalıb-qalmayacağı, iki tərəfin Qüdsü bölüşüb-bölüşməyəcəyi və bəlkə də ən çətini - İsrailin yanında Fələstin dövləti qurulub-qurulmayacağı kimi problemlər öz həllini gözləyir. Sülh danışıqları təxminən otuz ildir davam edir, lakin indiyə qədər münaqişəni həll edə bilməyiblər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət edir - CANLI

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ