Məlum olduğu kimi bu gün səhər HƏMAS təşkilatı İsrailə qarşı hücumlara başlayıb. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb, minə yaxın insan yaralanıb. Məlumatda çox sayda israilli girov götürülərək Qəzzaya aparılıb. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə isə bütün fələstinliləri İsrailə qarşı başlatdıqları “Əqsa tufanı əməliyyatı”na qoşulmağa çağırıb.
HƏMAS “Əqsa tufanı” əməliyyatından sonra İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına zərbələr endirib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın “Əqsa tufanı” əməliyyatına qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb. İsrail ordu sözçüsü Daniel Həqari bildirib ki, yerli vaxtla saat 06.30-a kimi İsrail ərazisinə 2200-dən çox raket atılıb və HƏMAS hava, dəniz və qurudan sızmağa cəhd edib.
IDF-nin Fələstin üzrə kəşfiyyat rəhbəri Qassan Alian deyib ki, “HƏMAS Qəzza zolağında cəhənnəmin qapılarını açıb”. Alian deyib ki, qərarı HƏMAS verib, məsuliyyəti də onlar daşıyır: “Bunu bədəlini ağır ödəyəcəklər".
HƏMAS-ın Qəzza zolağından başlatdığı “Əqsa tufanı” hücumu ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahu isə bunun əməliyyat və ya qarşılıqlı hücum deyil, müharibə olduğunu deyib.
Netanyahu təhlükəsizlik birlikləri ilə görüşündən sonra Qəzza zolağı ətrafında Fələstin silahlı qruplarının sızdığı İsrail yaşayış məntəqələrinin "təmizlənməsi" əmrini verdiyini, ehtiyatda olan əsgərlərin orduya çağırıldığını “düşmənə qarşı görünməmiş güclə döyüşmək” üçün geniş göstərişlər deyib.
İsrailin müdafiə naziri Yoav Gallant isə "Həmas bu səhər böyük bir səhv etdi və İsrailə qarşı müharibəyə başladı. İsrail Müdafiə Qüvvələri bütün sızma nöqtələrində düşmənlə vuruşur. İsrail bu müharibədə qalib gələcək" deyib.
İsrailin energetika naziri Yisrael Katz sosial media hesabındakı paylaşımında İsrailin Qəzza zolağına verdiyi elektrik enerjisinin kəsilməsi ilə bağlı göstərişi verdiyini açıqlayıb.
TAHİR