İsrail Şaar xa-Neqev regional şurasının başçısı Ofir Libşteyn terrorçularla atışmada öldürülüb.
Trend xəbər verir ki, bub barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Ofir Libşteyn sakinləri terrorçuların hücumundan müdafiə edərkən öldürülüb. Şura başçısının müavini Yossi Keren onun səlahiyyətlərini icra edir. Regional şuranın rəhbərliyi fövqəladə şəraitdə fəaliyyətlərini davam etdirir.
Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.