Livanın şərqindəki Zahl şəhərindəki həbsxanada baş vermiş yanğın nəticəsində 3 məhbus ölüb, 16 nəfər yaralanıb. Livanın Milli Xəbər Agentliyinin yaydığı ən son məlumatda deyilir ki, bir neçə məhbus şəraitin pis olması səbəbindən qaçmaq istəyərkən həbsxananı yandırıb.
Mülki müdafiə qrupları və Qızıl Xaç Cəmiyyətinin əməkdaşları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Təxminən 650 məhbusun olduğu həbsxananın ətrafına hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib. Livan həbsxanalarında vəziyyət 2019-cu ildəki iqtisadi böhrandan sonra daha da pisləşib. Məhkumlar sıxlıqdan və pis yeməklərdən şikayətlənirlər.
Mətləb