ABŞ prezidenti Cozef Bayden indi də iti ilə gündəmə gəlib. Belə ki, onun “Komandir” ləqəbli iti işçilərə qarşı aqressiv davranışına görə Ağ Evdən kənarlaşdırılıb. Bu barədə “Fox News” telekanalı məlumat yayıb. 2021-ci ilin dekabrında Ağ Evə gətirilən it ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum edib.
Co Baydenin xanımı Cill Baydenin mətbuat katibi Elizabet Aleksander bildirib ki, Ağ Ev işçilərinin və onların müdafiəçilərinin təhlükəsizliyi prezident və birinci xanım üçün prioritet məsələdir.
Mətləb