Cümə axşamı günü, 20 avqust 2026
     

Xaricdə dövlət təhsil proqramları - hansı dəyişikliklərə ehtiyac var...

Image


Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa maraq göstərənlərin sayı az deyil. Bu proqramdan yararlanmaq istəyənlər kifayət qədərdir.

Bildiyimiz kimi, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb. 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.

Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.

Namizədlər, eyni zamanda, 2025-ci ilin “Times Higher Education” və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.

Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.

Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi: “Təhlil göstərir ki, xaricdə dövlət proqramları əsasında təhsil almaq siyasəti Azərbaycanın insan kapitalının inkişafında strateji alət rolunu oynayır. “Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində qeyd olunur ki, dövlət təhsil siyasətinin əsas istiqamətlərindən biri yüksək ixtisaslı kadrların hazırlanması və onların beynəlxalq təcrübədən bəhrələnməsidir. Bu müddəa əsasında həyata keçirilən “2019–2023-cü illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və onun davamı olan “2022–2026-cı illər üzrə Dövlət Proqramı” ölkənin gələcək elmi və iqtisadi inkişafına sərmayə qoyuluşu kimi qiymətləndirilməlidir. Statistik məlumatlara görə, 2024-cü ilə qədər 21 ölkənin 151 universitetində 1252 nəfər azərbaycanlı tələbə təhsil almaq imkanı qazanmış, artıq 14 ölkədə 64 nüfuzlu ali məktəbdə təhsilini başa vurmuş 186 nəfər məzun qayıdaraq müxtəlif sahələrdə fəaliyyətə başlayıb. Bu, hələ ilkin mərhələdə olsa da, ölkəyə intellektual qayıdışın göstəricisidir”.

K.Əsədovun sözlərinə görə, müsbət tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi prosesin idarə olunmasında şəffaf mexanizmlər qurub. Müsabiqə əsasında seçim, prioritet ixtisasların müəyyənləşdirilməsi və dövlət vəsaitlərinin Neft Fondu vasitəsilə ayrılması proqramın etibarlılığını artırır: “Nazirliyin əsas üstünlüyü ondan ibarətdir ki, xaricdə təhsil imkanları daha çox magistratura və doktorantura səviyyələrinə yönləndirilir. Bu, ölkəyə qayıdan kadrların yalnız bilik deyil, həm də tədqiqat və innovasiya bacarıqları ilə zənginləşməsini təmin edir. Dünya təcrübəsi ilə müqayisə etdikdə görürük ki, Qazaxıstanın “Bolashak” proqramı 30 ildən artıq müddətdə 12 min tələbəni xaricə göndərib və onların böyük qismi dövlət idarəçiliyi və elmi sahələrdə aparıcı mövqelərə yüksəlib. Eyni yanaşma Azərbaycanda da özünü göstərəcək, lakin burada vacib olan məqam ölkəyə qayıdan kadrların adaptasiyası və yerləşdirilməsidir.

Mənfi tərəflərdən biri məzunların ölkəyə qayıtdıqdan sonra tam potensiallarını reallaşdırmaqda çətinliklə üzləşməsidir. Çünki daxili universitetlər və elmi-tədqiqat institutları həmin gənclərin qazandıqları bilik və bacarıqları qəbul edəcək infrastrukturla hələ də tam təmin olunmayıb. “Elm haqqında” Qanunda dövlətin vəzifəsi kimi göstərilən elmi müəssisələrin beynəlxalq rəqabətə davamlı hala gətirilməsi prosesi ləng gedir. Bu səbəbdən, bəzi məzunlar ölkəyə dönsələr də, öz sahələrində çalışa bilmirlər və bu da dövlətin sərmayəsinin tam geri dönüşünü zəiflədir.

Xaricdə təhsilin ölkəyə faydaları çoxşaxəlidir. Birincisi, elm və tədqiqat sahəsində beynəlxalq şəbəkələşmə güclənir. Qayıdan kadrlar beynəlxalq jurnallarda məqalə dərc edir, yerli universitetlərdə yeni tədris proqramlarının hazırlanmasına töhfə verir, laboratoriya mədəniyyətini formalaşdırır. İkincisi, idarəetmə və dövlət qulluğunda yeni yanaşmalar gətirirlər. Dünya Bankı və UNESCO-nun təcrübəsi göstərir ki, xaricdə təhsil almış kadrların dövlət idarəçiliyində rolu islahatların keyfiyyətini artırır. Azərbaycanda da artıq xaricdə təhsil almış məzunların bir hissəsi nazirliklərdə, beynəlxalq təşkilatlarda və özəl sektorda uğurla fəaliyyət göstərir. Üçüncüsü, pedaqoji sahədə onların müsbət təsiri özünü göstərməyə başlayıb. Qayıdan gənc müəllimlər dərs prosesinə innovativ metodlar, interaktiv təlim yanaşmaları gətirir, bu isə məktəb və universitetlərin tədris keyfiyyətinə müsbət təsir edir.

Nə dəyişəcək sualına cavab olaraq, proqramın davamlı icrası nəticəsində ölkəyə hər il onlarla yeni ixtisaslaşmış kadr qayıdacaq. Bu, həm dövlət sektorunda idarəetmənin, həm də özəl sektorda rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olacaq. Nə dəyişməlidir məsələsinə gəldikdə isə, ilk növbədə məzunların ölkə daxilində yerləşdirilməsi mexanizmləri gücləndirilməlidir. Dövlət Proqramında nəzərdə tutulan öhdəliklər aydınlaşdırılmalı, məzunların işləməsi üçün xüsusi kvotalar ayrılmalı, həmçinin dövlət və özəl sektor əməkdaşlığı ilə onların istedadlarından maksimum istifadə olunmalıdır.

Müqayisə göstərir ki, inkişaf etmiş ölkələrdə xaricdə təhsil siyasəti yalnız “təhsil almaq” deyil, həm də “qayıdan bilikləri cəmiyyətə transfer etmək” üzərində qurulub. Finlandiyada xaricdə təhsil almış mütəxəssislər universitetlərdə dərhal müəllim kimi işə götürülür, Kanadada isə onlar tədqiqat qruplarına cəlb edilərək innovativ layihələrdə iştirak edirlər. Azərbaycanda da Elm və Təhsil Nazirliyi bu istiqamətdə yeni mexanizmlər tətbiq etməli, proqramı “dövlət xərci” yox, “insan kapitalına uzunmüddətli investisiya” kimi formalaşdırmalıdır”.

K.Əsədov hesab edir ki, xaricdə dövlət hesabına təhsilin müsbət təsirləri artıq görünməkdədir. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti düzgün və strateji addım kimi qiymətləndirilməlidir: “Nazirliyin şəffaf müsabiqə mexanizmləri, prioritet sahələrin düzgün seçilməsi və dövlət resurslarının səmərəli istifadəsi ölkənin insan kapitalının keyfiyyətini yüksəldir. Əgər yerli universitetlər də bu prosesə uyğunlaşaraq yüksək dəyər formalaşdıran kadr hazırlığına yönəlsə, xaricdə təhsil proqramları Azərbaycanın iqtisadi və sosial inkişafının əsas hərəkətverici gücünə çevriləcək”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ